Huawei şirkəti HarmonyOS-i digər smartfon istehsalçılarına da təklif edəcək
Proqram Təminatı
Əməliyyat sistemləri
05.01.2021
Farid Pardashunas
Huawei şirkəti ABŞ-ın qara siyahısına salındığı üçün o, Google servislərindən və ümumilikdə Android əməliyyat sistemindən istifadə etmək imkanından məhrum olub. Buna görə də şirkət öz smartfonlarında Android-i əvəzləyəcək HarmonnyOS əməliyyat sistemini inkişaf etdirməklə məşğuldur. Lakin yaxın gələcəkdə Huawei şirkətinin seçdiyi yol ilə digər istehsalçılar da gedə bilərlər. Belə ki, Huawei öz əməliyyat sistemini çinli partnyorlarına təqdim etməyə hazır olduğunu elan edib. Bu barədə 4pda saytı xəbər verib.
Şirkətin biznes üzrə direktoru Richard Yu bildirib ki, Huawei, Google Play və GMS-dən (Google Mobile Services) öz cihazlarında istifadə etmək imkanını itirmiş şirkətlərə HarmonyOS ilə HMS-dən (Huawei Mobile Services) istifadə lisenziyasını təqdim etməyə hazırdır. Bununla yanaşı o qeyd edib ki, Huawei öz cihazlarında HarmonyOS-dən istifadə etmək istəyən bütün çinli istehsalçıları dəstəkləməyə qadirdir. Məhz bu cür üsulla Huawei şirkəti cihazların Google servislərindən asılılığını aşağı salmaq niyyətindədir. Huawei tərtibatçılarının məlumatlarına əsasən HarmonyOS çoxlu sayda mikrosxemlərlə uyğunlaşmaq özəlliyinə sahibdir. Bu özəllik isə onu universal əməliyyat sistemi edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ