Huawei öz brauzeri ilə servislərinin desktop versiyaları üzərində çalışır

Huawei öz brauzeri ilə servislərinin desktop versiyaları üzərində çalışır

Əməliyyat sistemləri
12.01.2021 PAYLAŞIM

    Keçən ay Huawei şirkətinin vitse prezidenti HMS-in (Huawei Mobile Services) nailiyyətlərindən danışmışdı. Görünür, şirkət təkcə mobil bazar ilə yetinmək niyyətində deyil. Belə ki, Çinin Weibo sosial şəbəkəsində şirkətin öz proqram təminatını kompüterlər üçün adaptasiya məsələsində nail olduğu uğurlar barədə hesabatı ortaya çıxıb. Bu barədə 4pda saytı xəbər verib. Məlumata əsasən kompüterlər üçün tətbiqlər mağazasının istifadəyə verilməsi ilə birlikdə şirkət həmçinin öz brauzerini və HMS servislərini təqdim edəcək.

    Hansı əməliyyat sistemi istifadəçilərinin ilk növbədə HMS servislərini əldə edəcəkləri bilinmir. Gözləntilərə əsasən Huawei AppGallery ilə birlikdə digər servislərin kompüterlərdə istifadəyə verilməsi sayəsində şirkət özü üçün yeni əməliyyat sistemi bazarını mənimsəyəcək. Çox güman ki, şirkətin kompüterlər platformasına inteqrasiya edəcəyi əsas funksiyalar arasında birgə çalışma və ekran təsvirinin yayımı olacaq. Bu funksiyalar bir çox noutbuk istifadəçilərinə yaxşı tanışdı. HMS servislərinin kompüterlər üçün nə zaman istifadəyə veriləcəyi bilinmir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Microsoft şirkətinin Defender adlı antivirus tətbiqi bundan sonra fərdi şəkildə ..

Microsoft şirkəti təhlükəsizlik barəsində rəsmi bloqunda Defender antivirusu ilə bağlı yeni məlumat ..


One UI 3.1 istifadəçi interfeysli Android 11-i hansı Samsung smartfonları əldə e..

Samsung One UI 3.1 istifadəçi interfeysi keçən həftə təqdim edilmiş Galaxy S21 seriyasının smartfonl..


İnsayderlər: Google servisləri Honor şirkətinin smartfonlarına geri dönəcəklər..

2019-cu ildə Huawei şirkəti ABŞ-ın Ticarət Nazirliyinin qara siyahısına daxil ediləndən sonra o, Goo..


Android 12-yə smartfonlardakı yaddaşa qənaət üçün faydalı funksiya əlavə edilə b..

Yaxın aylarda Android 12 əməliyyat sisteminin ilk beta versiyasının təqdim olunacağı gözlənilir...


Rəsmi dəstəyinin dayandırılmasına baxmayaraq milyonlarla kompüter Windows 7 vasi..

Bir neçə analitik şirkət Windows əməliyyat sisteminin müxtəlif versiyalarının bazardakı paylarından ..


Huawei şirkəti HarmonyOS-i digər smartfon istehsalçılarına da təklif edəcək..

Huawei şirkəti ABŞ-ın qara siyahısına salındığı üçün o, Google servislərindən və ümumilikdə Android ..

×