
1 ay bundan öncə Huawei şirkəti HarmonyOS 4 əməliyyat sistemini təqdim etdi. Şirkət bu yeni əməliyyat sistemini Android-in əvəzedicisi kimi qələmə verir. Lakin HarmonyOS-in daha əvvəlki 3 versiyası adi Android idilər. Bununla belə onlar adi Android olduqlarını öz özəllikləri hesabına yaxşı şəkildə maskalaya bilirdilər. Ortaya çıxmış məlumata əsasən HarmonyOS 4-də də bu strategiyadan istifadə edilib. Məlum olub ki, Huawei Mate 60 Pro smartfonundakı HarmonyOS 4 əslində 2 il bundan öncə təqdim edilmiş Android 12-nin əsasında çalışır. Burdan da belə qənaətə gəlmək olar ki, bugün ərzində təqdim edilmiş Huawei Mate 60 Pro+ və qatlana bilən Mate X5 smartfonları da əslində faktiki olaraq Android 12 vasitəsilə çalışırlar.