main-post-cover

    Google baha olmayan smartfonlar üçün Android 13 Go Edition ƏS-ni təqdim edib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    20.10.2022
    Farid Pardashunas
        Google şirkəti texniki göstəricilər baxımından nisbətən zəif və bahalı olmayan smartfonlar üçün Android 13-ün Go Edition versiyasını təqdim edib. Android 12 Go Edition ilə müqayisədə Android 13 Go Edition bir neçə yenilik əldə edib. İlk öncə onu qeyd etmək lazımdır ki, Android 13-ün fərqləndirici özəlliyi Go Edition versiyasına da inteqrasiya edilib. Söhbət Material You adlı funksiyadan gedir. Sözügedən funksiya interfeys elementlərinin rənglərini smartfon ekranına quraşdırılmış temanın rənglərinə uyğunlaşdırır. Android 13 Go Edition-da reallaşdırılmış daha bir yenilik Google Play System Updates yenilənmələrinin təqdim edilməsi siyasəti ilə bağlıdır. Bundan sonra Android 13 Go Edition vasitəsilə çalışacaq cihazlar adi Android 13-ün əldə etdiyi təhlükəsizlik yenilənmələrini əldə edəcəklər.
        Google təmsilçisinin sözlərinə əsasən təhlükəsizlik yenilənmələri ilə bağlı olan bu yenilik bu və ya digər büdcəli smartfon istehsalçısının öz məhsulları üçün Android yenilənmələrini təqdim etmədiyi halda da əməliyyat sistemini aktual vəziyyətdə saxlamağa imkan verəcək. Google bildirib ki, Android 13 Go Edition-un dəstəklənməsi üçün smartfon minimum 2 GB RAM-a və 16 GB daxili yaddaş həcminə sahib olmalıdır. Android 13-ün sadələşdirilmiş versiyasına Discover adlı funksiya əlavə edilib. Bu funksiya smartfon ekranında sürüşdürmə hərəkətini reallaşdırmaqla istifadəçi üçün personallaşdırılmış kontentləri əldə etmək olar. Buna misal olaraq xəbərləri gətirmək olar. Adi Android 13-də olduğu kimi Go Edition versiyasında da hər bir tətbiq üçün individual dil seçimini etmək olar. Android 13 Go Edition əməliyyat sisteminə sahib ilk smartfonlar gələn il satışa çıxacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər