Apple şirkəti iOS 15-ə keçid etmək istəməyən istifadəçiləri dəstəkləməyə davam edəcək

Apple şirkəti iOS 15-ə keçid etmək istəməyən istifadəçiləri dəstəkləməyə davam edəcək

Əməliyyat sistemləri
09.06.2021 PAYLAŞIM

    Yenicə təqdim olunmuş iOS 15-in stabil versiyası hələ payız fəslində istifadəyə veriləcək. Lakin artıq indidən Apple cihazlarında əməliyyat sisteminin yenilənməsi siyasətində olmuş dəyişiklik barəsində məlumat verilib. Belə ki, rəsmi məlumata əsasən Apple öz istifadəçilərinin yeni əməliyyat sisteminə keçid prosesini məcburi etməyəcək və hal hazırda mövcud olan iOS versiyasını dəstəkləməyə davam edəcək. Bu, Apple şirkəti tarixində ilk praktikadır. Məlum olub ki, iOS 15-in istifadəyə verilməsindən sonra da şirkət əvvəlki iOS versiyalar üçün təhlükəsizlik yenilənmələrini təqdim etməyə davam edəcək. Bununla belə, təqdim olunacaq yenilənmələr məcbur şəkildə quraşdırılmayacaq.


    Bu isə öz növbəsində yenilənmələrin keyfiyyətlərindən şübhələnən iPhone istifadəçilərinə həmin yenilənmələr barəsində rəylərin ortaya çıxmasını gözləmək imkanını verəcək. Mütəxəssislərin fikirlərinə əsasən Apple şirkəti bu cür addımı ona görə atıb ki, o öz istifadəçilərinə seçim haqqını təqdim etmək istəyir. Bundan əlavə olaraq şirkət yeni əməliyyat sisteminə daha axıcı keçidi təmin etmək niyyətindədir. Qeyd etmək lazımdır ki, hər bir yeni iOS versiyasının istifadəyə verilməsi ilə istifadəçilər çoxlu sayda sistem boşluğu və bug ilə qarşılaşırlar. Şirkətin yeni siyasəti isə yenilənmələr arasında keçidi daha axıcı etməyə hədəflənib. Beləliklə əgər istifadəçi yeni iOS versiyasının keyfiyyətindən şübhələnirsə, o, həmin versiyaya keçidi etməmək seçiminə sahib olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkəti köhnə iPhone modellərini iOS 15-in eksklüziv funksiyalarından məhr..

iOS 15 əməliyyat sisteminin iPhone 6s modeli üçün də təqdim olunacağına baxmayaraq onun bir çox funk..


Nvidia şirkəti Windows 7, 8 və 8.1 üçün qrafik drayverlərin dəstəyini dayandıra..

Nvidia şirkəti Windows 7, 8 və 8.1 əməliyyat sistemləri ilə uyğunlaşan son videokart drayverlərinin ..


Microsoft yeni videosunda növbəti Windows-un adına işarə edib (VİDEO)

24 iyun tarixində baş tutacaq yeni Windows versiyasının təqdimatına az müddət qalmış Microsoft şirkə..


İnsayderlər: Windows 11 Android tətbiqləri işə sala biləcək

24 iyun tarixində Microsoft şirkəti Windows ilə bağlı böyük təqdimat tədbiri keçirdəcək...


iOS 15 və macOS Monterey-i əldə edəcək cihazların rəsmi siyahısı təqdim olunub..

Apple şirkəti dünən tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2021 konfransına start vermişdi...


macOS-in Monterey adlı yeni versiyası təqdim olunub

Apple şirkəti WWDC 2021 konfransı çərçivəsində iOS 15-dən başqa həmçinin macOS desktop əməliyyat sis..

×