main-post-cover

    Apple macOS Sonoma əməliyyat sistemi təqdim edilib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    06.06.2023
    Emil Nəcəfov
        Apple şirkəti WWDC 2023 konfransı çərçivəsində Mac kompüterləri üçün nəzərdə tutulmuş macOS 14 Sonoma adlı yeni əməliyyat sistemini təqdim edib. Təqdim edilmiş yeni macOS Sonoma-da bir sıra maraqlı yeniliklər reallaşdırılıb. Birinci yenilik kompüterlərin iş masalarındakı vidjetlərin əks olunmalarıdır. Yeni əməliyyat sistemindəki ekran vidjetləri interaktivdirlər. İstifadəçilər onları ekrana yerləşdirə biləcəklər. Daha öncəki macOS versiyalarında vidjetlər bildirişlər mərkəzində yerləşirdilər. Vidjetlər interaktiv olduqları üçün ekranda yerləşdirilmiş temanın rənginə uyğun olaraq öz rənglərini dəyişə bilirlər.
        Bununla yanaşı kompüterin qoşulu olduğu eyni Wi-Fi şəbəsinə iPhone-nu da qoşaraq iPhone-dakı vidjetləri macOS-ə köçürtmək mümkün olacaq. Vidjetlərin pəncərələrini tam şəkildə açdıqda isə onlar şəffaf şəkildə görünəcəklər və arxa fonda görülən hər hansısa işə mane olmayacaqlar. MacOS Sonoma-ya kompüter oyunları üçün nəzərdə tutulmuş Game Mode adlı yeni rejim əlavə edilib. Bu rejim kompüter oyunlarına prioritet sıralanma üzrə CPU GPU resurslarını təqdim edir. Bununla yanaşı sözügedən rejim kompüterə AirPods qulaqlıqlarının və ya Playstation ilə Xbox-un gamepadlarının qoşulması halında onların siqnal gecikmələrini aşağı salır.
        Apple şirkəıtinin sözlərinə əsaəsn Game Mode rejimi istənilən kompüter oyunu üçün aktivdir. MacOS platformasının həmçinin kompüter oyunları üçün uyğun olduğunu sərgiləmək istiqamətində Apple öz konfransına məşhur game dizayner Hideo Kojima-nı dəvət edib. Konfrans çərçivəsində Kojima elan edib ki, “Death Stranding Director’s Cut” oyunu macOS üçün satışa çıxacaq. MacOS Sonoma-da video formatında konfranslar imkanı da yaxşılaşdırılıb. Məsələn Presenter Overlay adlı yeni funksiya video formatında konfranslar zamanı istifadəçiyə arxa fonda müxtəlif kontentləri əks etdirməyə imkan verəcək.
        İstifadəçilər mümkün müxtəlif tətbiqlər vasitəsilə video zənglər reallaşdıran zaman müxtəlif AR effektlərdən də istifadə edə biləcəklər. Safari brauzerinin macOS versiyası yaddan çıxmayıb və şirkət onda bəzi yenilikləri reallaşdırıb. Bundan sonra bütün veb tətbiqlər adi tətbiqlər kimi çalışacaqlar və onlarda bildirişlər mövcud olacaq. Veb tətbiqləri həmçinin tasklar panelinə də bərkitmək mümkün olacaq. Müxtəlif hesabların dəstəklənməsi sayəsində isə brauzerdən müxtəlif şəxslərin istifadəsinə imkan verəcək. Bununla yanaçı istifadəçilər bundan sonra Family Passwords vasitəsilə müxtəlif servislərdəki şifrələrini digərləri ilə bölüşə biləcəklər. MacOS Sonoma-nın ictimai beta testinə gələn ay start veriləcək.
    Linki kopyala