main-post-cover

    Apple iOS 16-nın istifadəçilər arasındakı statistikasını təqdim edib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    02.06.2023
    Farid Pardashunas
        5 iyun tarixində Apple şirkətinin WWDC 2023 konfransı start götürəcək və 9 iyuna kimi davam edəcək. Konfrans çərçivəsində Apple şirkəti iOS 17 əməliyyat sistemini təqdim edəcək. Bu münasibətlə şirkət iOS 16-nın istifadəçilər arasında nə dərəcə yayıldığı barəsində statistikanı təqdim edib. Şirkətin təqdim etmiş olduğu statistikadan məlum olub ki, iOS 15 ilə müqayisədə iOS 16-nın istifadəçilər arasında məşhurluq səviyyəsi bir qədər aşağıdır. Belə ki, bu ayın əvvəlinə olan statistikaya əsasən bütün iPhone-ların yalnız 81%-i iOS 16 vasitəsilə çalışır. Bütün iPhone-ların 15%-i iOS 15, 6%-i isə daha köhnə iOS versiyaları vasitəsilə çalışır. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilin iyun ayının əvvəlinə olan statistikaya əsasən bütün iPhone-ların 90%-i iOS 15 vasitəsilə çalışırdı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər