main-post-cover

    Android 14 istənilən smartfonu veb kameraya çevirmək imkanına sahib olacaq

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    30.05.2023
    Farid Pardashunas
        İnsayderlər Android 14-ün beta versiyasında yeni funksiyalar aşkar etməyə davam edirlər. Bu dəfə onlar DeviceAsWebCam adlı yeni funksiyanı aşkar ediblər. Məlumata əsasən istifadəçi bu funksiya vasitəsilə öz smartfonunu yüksək görüntü keyfiyyətinə sahib veb kameraya çevirə biləcək. Bununla belə bunun üçün kənar proqram təminatından istifadə etməyə ehtiyac qalmayacaq.
        İnsayderlərin sözlərinə əsasən sözügedən yeni funksiyadan istifadə çərçivəsində smartfonu USB vasitəsilə sadəcə olaraq stolüstü kompüterə və ya noutbuka qoşmaq lazım gələcək. Funksiya UVC adlı veb kamera standartına sahib istənilən tətbiqdə çalışma imkanına sahib olacaq. Yeni funksiyanın hansı smartfonlarda dəstəklənəcəyi bilinmir. Lakin məlumatda qeyd edilib ki, o, Android 14-ə servis kimi əlavə ediləcək. Bu isə o deməkdir ki, ondan Android 14 dəstəkli bütün smartfonlarda istifadə etmək mümkün olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər