4 yanvar tarixində BlackBerry OS əməliyyat sisteminin dəstəyi dayandırılacaq
Proqram Təminatı
Əməliyyat sistemləri
02.01.2022
Farid Pardashunas
Bu həftədən başlayaraq BlackBerry şirkəti özünün BlackBerry OS əməliyyat sisteminin dəstəyini dayandıracaq. Qeyd etmək lazımdır ki, şirkət öz əməliyyat sisteminin dəstəyini hələ 2019-cu ildə dayandırmaq istəyirdi. Lakin əməliyyat sistemi planlaşdırılandan bir neçə il daha çox çalışdı. Buna baxmayaraq Android əməliyyat sisteminə sahib BlackBerry smartfonları standart şəkildə çalışmağa davam edəcəklər.
Məlumatda qeyd edilib ki, 4 yanvar tarixindən şirkətin BlackBerry Link, BlackBerry Desktop Manager, BlackBerry World, BlackBerry Protect, BlackBerry Messenger və BlackBerry Blend kimi servislərinin dəstəkləri də dayandırılacaq. Bundan əlavə olaraq şirkət bəzi regionlardakı BlackBerry istifadəçilərinin zənglər ilə mətnli mesajları göndərmək və ya qəbul etmək imkanlarından məhrum olacaqlarını da istisna etmir. Bununla yanaşı BlackBerry OS vasitəsilə çalışan smartfonlarda həmçinin internet bağlantısı problemi də yaşana bilər. Bura həm mobil internet həm də Wi-Fi bağlantısı daxildir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ