main-post-cover

    Amazon-un kassirsiz mağazaları əslində hindistanlılar vasitəsilə fəaliyyət göstərirmiş

    Digər
    03.04.2024
    Farid Pardashunas
         Amazon şirkəti Just Walk Out formatlı mağazalarından imtina etmək qərarına gəlib. Qeyd etmək lazımdır ki, bu mağazalarda kassirlər fəaliyyət göstərmir. Alıcı mağazadakı rəflərdən lazımi məhsulu götürərək onu mağazanın arabasına yerləşdirir və mağazadakı kameralar götürülmüş məhsulu qeydə alırlar. Nəticədə məhsul alıcının Amazon hesabına əlavə olunur və alıcı mağazadan çıxan zaman onun Amazon hesabından avtomatik ödəniş edilir. Məlum olub ki, Amazon-un bu formatlı mağazalarında daha öndə bəhs edilmiş alqoritmlər əslində şişirdilib.
         Belə ki, kütləvi informasiya vasitələrinin vermiş olduqları məlumata əsasən Amazon-un Just Walk Out formatlı mağazalarında avtomatlaşdırılmış kassir işini əslində aşağı maaşla çalışmış hindistanlı işçilər görüblər. Minlərlə hindistanlı işçi alıcıların rəflərdən götürmüş olduqları məhsulları kameralardan izləmiş və həmin məhsulları alıcıların Amazon hesablarına əlavə ediblərmiş. Amazon sözügedən mağazalarında dəyişiklik edəcək. Belə ki, şirkət həmin mağazalarda smart mağaza arabalarını istifadəyə verəcək. Həmin arabalar ştrix kod skanı və kontaktsız ödəniş üçün nəzərdə tutulmuş əl skanı ilə təchiz olunacaq. Bunun sayəsində alıcılar məhsulları yerindəcə virtual kassaya vura və yekun qiyməti çekdə görə biləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Amazon süni zəka şirkəti Anthropic-ə əlavə 2.75 milyard dollar investisiya yatırıb
    amazon-suni-zeka-sirketi-anthropic-e-elave-275-milyard-dollar-investisiya-yatirib
    NVIDIA Amazon-u geridə qoyaraq dünyanın dördüncü ən bahalı şirkəti oldu
    nvidia-amazon-u-geride-qoyaraq-dunyanin-dorduncu-en-bahali-sirketi-oldu
    Texnoloji şirkətlərin süni zəka startaplarına investisiyaları ABŞ tənzimləyici orqanı tərəfindən araşdırılır
    texnoloji-sirketlerin-suni-zeka-startaplarina-investisiyalari-abs-tenzimleyici-orqani-terefinden-arasdirilir
    Amazon kosmosda məlumatları lazer vasitəsilə yüksək sürətlə ötürə bilib
    amazon-kosmosda-melumatlari-lazer-vasitesile-yuksek-suretle-oture-bilib
    Amazon mətnli təsvirlər əsasında fotolar tərtib edən generativ süni zəkanı təqdim edib (VİDEO)
    amazon-metnli-tesvirler-esasinda-fotolar-tertib-eden-generativ-suni-zekani-teqdim-edib-video