main-post-cover

    80 saatda bir ev tikən bilən dünyanın ən böyük 3D printeri təqdim edilib!

    Digər
    26.04.2024
    Aslan Aslanov

         Dünyanın ən böyük polimer 3D printeri olan Gələcəyin Fabriki 1.0 (FoF 1.0) təqdim edildi. Bu nəhəng 3D printer ilə kiçik bir ev tikmək dörd gündən az bir vaxt və ya cəmi 80 saat çəkir.

         Maine tərəfindən hazırlanmış FoF 1.0 üçün müxtəlif istifadə sahələri artıq gündəmdədir. Bunlardan birincisi, təbii ki, tikinti sənayesidir. Məlumatlara görə, Maine şəhərinin 2030-cu ilə qədər 80 min evə ehtiyacı var və bu evlərin əksəriyyəti aztəminatlı ərazilər üçün nəzərdə tutulub. MaineHousing-in İnkişaf Direktoru Mark Wiesendanger bildirir ki, onlar bu 3D printer ilə xərcləri daha çox azalda bilərlər. Çünki printer əsasən təkrar emal edilə bilən materiallardan istifadə edir.
         FoF 1.0 ilə bir mərtəbəli evi 80 saata çap etmək, daha doğrusu tikmək mümkündür. Məsələn, bir mərtəbəli bungalovun tikintisi bir neçə ay və ya ən yaxşı halda bir neçə həftə çəkə bilsə də, bu printer layihəni dörd gündən az bir müddətdə tamamlaya bilər. FoF 1.0 ilə maraqlananlar arasında ABŞ Müdafiə Nazirliyi və Energetika Nazirliyi var. FoF 1.0 saatda təxminən 225 kq materialdan istifadə etməklə 30 metr uzunluğunda, 9.75 metr enində 5.5 metr hündürlüyündə obyektləri çap edə bilir. FoF 1.0-ın tətbiq sahələri tikinti sənayedən müdafiə sənayesinə qədər genişdir. Bunun səbəbi 3D printerin müxtəlif çap üsulları arasında dinamik keçid edə bilməsidir. Printer geniş miqyaslı aşqar istehsalı, çıxarıcı istehsal, CTL (continuous tap layup) və robot qol əməliyyatları kimi funksional keçidlərə qadirdir. Bu, onu körpü tikintisindən başlayaraq sualtı gəmilərdə və tikinti sənayesində istifadə etmək üçün faydalı bir cihaz edir. Bu qabiliyyəti nəzərə alaraq onu da qeyd etməliyik ki, senator Susan Collins printeri “milli təhlükəsizliyimiz üçün əvəzolunmaz” olaraq adlandırıb.
         Maine Universiteti tezliklə gələcəyin Yaşıl Mühəndislik və Materiallar Fabriki (GEM) adlandırdıqları 47.000 kvadrat metrlik istehsal innovasiya mərkəzi quracaq. Burada FoF 1.0 və əvvəlki rekordçu 3D printer birlikdə təqdim ediləcək. Mərkəzin məqsədi davamlı istehsal təcrübələrini qurmaq olacaq. Bu mərkəzdə, eyni zamanda daha böyük printerlər də hazırlanacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər