Yeni süni zəka alqoritmi 3D fiqurları sözlər vasitəsilə hərəkət etdirə bilir (VİDEO)

Yeni süni zəka alqoritmi 3D fiqurları sözlər vasitəsilə hərəkət etdirə bilir (VİDEO)

Code-News
14.09.2019 PAYLAŞIM

    Yeni süni zəka alqoritmi sözləri fiziki hərəkətə çevirməyi öyrənib. JL2P (Joint Language-to-Pose) adlı yeni süni zəka alqoritmi hansısa aktivliyi əks etdirən ingilis dilli cümləni anlaya bilir və onu modelləşdirir. Beləliklə bu alqoritm 3D fiquru, gəzməyə, qaçmağa, hansısa musiqi alətində ifa etməyə məcbur edə bilər. Həmçinin o, 3D fiqurun hərəkət sürətini mətn əmrlərinə əsasən də dəyişə bilər.

    Sözügedən alqoritm Kernegi-Mellon Universitetinin mütəxəssisləri tərəfindən yaradılıb. Animasiyalar hələ ki, uzaqdan insanı xatırladan fiqurlar ilə yetinir. Lakin burda əsas özəllik təqdim edilmiş sözlərin hərəkətə çevrilməsi bacarığıdır. Onun vasitəsilə gələcəkdə robotlar real zaman ərzində müəyyən tapşırıqları yerinə yetirə biləcəklər.

    Bu cür alqoritmi həmçinin videoyunlar sahəsində də işlətmək olar. Belə ki, bu alqoritm sayəsində mütəxəssislər virtual personajları daha asan şəkildə modelləşdirə biləcəklər. Sadəcə olaraq müəyyən aktivliyi mətn şəklində təqdim etmək lazım olacaq. Ən maraqlısı isə ondadır ki, bu proses insana tamamilə aydın olan dildə reallaşdırılır. Buna görə də qəliz bir şey öyrənməyə ehtiyac qalmır.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Ubuntu'nun 15 yaşı tamam olub

15 il bundan öncə (20 oktyabr 2004-cü il) Linux distributivi olan Ubuntu-nun ilk versiyası (4.10 War..


Samsung şirkəti Linux on Dex layihəsini ləğv etdi

Samsung şirkəti Linux on Dex mühitinin test proqramının ləğv edilməsini elan etdi.


Mozilla şirkəti Firefox istifadəçilərinin zərərli kodlardan təhlükəsizliklərini ..

Mozilla şirkətinin tərtibatçıları zərərli kodun yerləşdirilməsinin qarşısını almaq üçün Firefox isti..


MacOS istifadəçilərinə Tarmac adlı malware hücum edir

Confiant şirkətinin mütəxəssisləri aşkar ediblər ki, ABŞ-da, İtaliyada və Yaponiyada olan zərərli re..


Bu ay Microsoft şirkəti öz məhsullarında 59 sistem boşluğunu aradan qaldırıb..

Microsoft şirkətinin bu aykı yenilənmələr paketi keçən aylarkı yenilənmələr paketi ilə müqayisədə bi..


Perl 6 proqramlaşdırma dilinin adının Raku'ya dəyişdirilməsi təklifi qəbul edili..

Perl proqramlaşdırma dilinin yaradıcısı Larry Wall, Perl 6-nın adının Raku-ya dəyişdirilməsi təklifi..