Sistem yenilənməsindən sonra Windows 10-da yeni problem aşkar edilib

Sistem yenilənməsindən sonra Windows 10-da yeni problem aşkar edilib

Code-News
18.09.2019 PAYLAŞIM

    Windows 10 yenilənməsindən sonra ortaya çıxmış şəbəkə problemindən 3 gün keçmədən daha bir bug aşkar edilib. Hətta bu dəfə aşkar edilmiş problem “qırmızı ekran” problemindən daha ciddidir. Belə ki, kompüterin işə salınmasından sonra bu sistem səhvi baş verir və nəticədə istifadəçi ənənəvi üsul ilə sistemə giriş edə bilmir. Bu barədə Wccftech.com saytı xəbər verib.

    Sözügedən problem 10 sentyabr tarixində işıq üzü görmüş KB4515384 sistem yenilənməsi ilə bağlıdır. Məlumata əsasən Windows 10 əməliyyat sistemi ilə çalışan hər 4 kompüterdən 3-ü sistemə giriş problemi ilə üzləşib. Nəticədə istfadəçi bu problem səbəbilə sistemə giriş üçün kompüter ekranında PIN kodu daxil edə bilmir. Sözügedən yenilənmənin sistemdən silinməsi də bu problemi həll etmir.

    Problemi aradan qaldırmaq üçün yeganə yol isə C: Windows ServiceProfile LocalServices AppData Local Microsoft Ngc qovluğunun daxilində olan bütün faylları silmək və kompüteri yenidən işə salmaqdır. Kompüteri yenidən işə salandan sonra isə kompüter ekranında PIN kodun daxil olunması bərpa edilir. Sistem yenilənməsinin bu problemi ilə qarşılaşmış istifadəçilər yuxarıda qeyd olunmuş üsuldan istifadə edə bilərlər. Digər istifadəçilərə isə bu problemin rəsmi şəkildə aradan qaldırılmasına kimi Windows yenilənmə mərkəzinin işinin dayandırılması məsləhət görülür.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Mozilla şirkəti Firefox istifadəçilərinin zərərli kodlardan təhlükəsizliklərini ..

Mozilla şirkətinin tərtibatçıları zərərli kodun yerləşdirilməsinin qarşısını almaq üçün Firefox isti..


MacOS istifadəçilərinə Tarmac adlı malware hücum edir

Confiant şirkətinin mütəxəssisləri aşkar ediblər ki, ABŞ-da, İtaliyada və Yaponiyada olan zərərli re..


Bu ay Microsoft şirkəti öz məhsullarında 59 sistem boşluğunu aradan qaldırıb..

Microsoft şirkətinin bu aykı yenilənmələr paketi keçən aylarkı yenilənmələr paketi ilə müqayisədə bi..


Perl 6 proqramlaşdırma dilinin adının Raku'ya dəyişdirilməsi təklifi qəbul edili..

Perl proqramlaşdırma dilinin yaradıcısı Larry Wall, Perl 6-nın adının Raku-ya dəyişdirilməsi təklifi..


Firefox kodu XBL komponentlərindən tamamilə təmizlənib

Mozilla tərtibatçıları bildiriblər ki, onlar Mozilla kodundan XBL (XML Binding Language) dilində ola..


Hackerlərin kiberhücumlarını təyin etmək üçün süni zəka alqoritmi yaradılıb..

ABŞ-dan olan tərtibatçılar tərəfindən yaradılmış yeni alqoritm marşrutizatorların dinamik protokolla..