Microsoft, Rust əsasında yeni proqramlaşdırma dilini inkişaf etdirir
Digər
Code-News
03.12.2019
Farid Pardashunas
Microsoft şirkəti Verona adlı təcrübi layihə çərçivəsində Rust proqramlaşdırma dilinin əsasında hazırlanmış tamamilə yeni proqramlaşdırma dilini inkişaf etdirir. Yeni proqramlaşdırma dili təhlükəsizlik ilə bağlı problemlərə məruz qalmayan qorunan tətbiqlərin yaradılması üçün nəzərdə tutulub. Bu layihənin bütün məlumatlarının yaxın zamanda Apache 2.0 lisenziyası ilə təqdim ediləcəyi planlaşdırılır.
Bu barədə Opennet.ru saytı xəbər verib. İnkişaf etdirilən yeni proqramlaşdırma dilinin həmçinin Windows-un aşağı səviyyəli komponentlərinin, C və C++ proqramlaşdırma dillərinin istifadəsi zamanı ortaya çıxan potensial problemlərin bloklanması məqsədi üçün emalında da istifadəsi planlaşdırılır. Kodun təhlükəsizlik səviyyəsi isə yaddaşın avtomatik idarəsi hesabına təyin edilir.
Verona-nı Rust-dan fərqləndirən əsas özəllik ondan ibarətdir ki, Verona-da sahiblik modelinin tətbiqi tək obyektlər əsasında deyil obyektlərdən ibarət qruplar əsasında reallaşdırılır. Verona-da məlumatlar struktur kimi qəbul olunurlar və həmin strukturlar obyektlər kolleksiyasını əks etdirirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ