Firefox 70-in ünvan sətrində HTTP ilə HTTPS'in əks olunma üsulu dəyişəcək

Firefox 70-in ünvan sətrində HTTP ilə HTTPS'in əks olunma üsulu dəyişəcək

Code-News
13.08.2019 PAYLAŞIM


    22 oktyabr tarixində təqdim olunması planlaşdırılan Firefox 70 brauzerinin ünvan sətrində HTTPS ilə HTTP protokollarının əks olunma üsulunda dəyişiklik olacaq. HTTP üzrə açılmış səhifələr qeyri təhlükəsiz qoşulma işarəsi ilə işarələnəcəklər. Həmin işarə serifikatlarla problemlərin yaşandığı halda həmçinin HTTPS üzrə açılmış səhifələrdə də ortaya çıxacaq. Bu barədə Opennet.ru saytı xəbər verib. HTTP üçün link “http://” protokolu olmadan təqdim olunacaq. HTTPS üçün isə həmin protokol hələki qalacaq.


    Bundan əlavə olaraq hansısa saytda verifikasiya edilmiş EV sertifikatı işlədildikdə brauzerin ünvan sətrində şirkət barədə məlumat əks olunmayacaq. “(i)” düyməsinin yerinə isə qoşulma təhlükəsizliyinin səviyyəsi indikatoru əks olunacaq. HTTPS üçün olan kilid işarəsinin rəngi yaşıldan boza dəyişəcək. Lakin security.secure_connection_icon_color_gray ayarları vasitəsilə yaşıl rəngi geri qaytarmaq mümkün olacaq. Ümumilikdə brauzerlərin təhlükəsizliyin müsbət indikatorlardan təhlükəsizlik ilə bağlı xəbərdarlıqlara keçid etmələri müşahidə olunur.


    Menyuda EV sertifikatlar barədə məlumatlar yığışdırılacaq. Lakin brauzerin ünvan sətrində EV sertifikatlar barəsində məlumatların yenidən göstərilməsi üçün about:config“security.identityblock.show_extended_validation” əlavə olunub. Ünvan sətrinin dəyişdirilməsi ümumilikdə ha hazırda Chrome brauzerində olan ünvan sətrinə bənzəyir. Lakin Firefox-da standart olaraq “www”-nun gizlədilməsi və Signed HTTP Exchanges (SXG) mexanizminin əlavə olunmasını planlaşdırılmır.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


2020-ci ildə məlumatların vizualizasiyası üçün aktual olacaq Top-8 JavaScript ki..

JavaScript-də məlumatları daha gözəl şəkildə təqdim etmək lazımdır?


Microsoft bu il olmuş qeyri adi fişinq kiberhücumlarından danışdı

Bir neçə müddət bundan öncə isə Microsoft şirkəti kiberhücumlar və malware-lar üzrə trendləri əks et..


Microsoft Windows-da 0-day boşluğu da daxil olmaqla 7 kritik sistem boşluğu arad..

Microsoft şirkəti bu ay təqdim etmiş olduğu yenilənmələr ilə öz sistemlərində 36 boşluğu aradan qald..


Microsoft Teams platformasının Linux versiyası təqdim edildi

Microsoft şirkəti Microsoft Teams platformasının Linux versiyasını təqdim edib.


OpenBSD-də 4 ciddi sistem boşluğu aşkar edilib

OpenBSD-də 4 ciddi sistem boşluğu aşkar edilərək aradan qaldrılıb.


Sadə tətbiqlərin müxtəlif proqramlaşdırma dillərindəki test nəticələri təqdim ed..

Assembler x86_64-də HeavyThing adlı azad kitabxananı reallaşdırmış müəllif Jeff Marrison “Assembler-..