YouTube televizoru əvəz edəcək
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
YouTube öz platformasından istifadə edərək telekanalların yayımı ilə məşqul olmağı planlaşdırır. Yeni funksiya sayəsində istifadəçilər
standart kabel televiziyası servislərindən vaz keçə bilərlər. Sözügedən
funksiyanın bu ilin sonunadək reallaşdırılması planlaşdırılır. İlkin məlumatlara
əsasən YouTube paketinə ABC, CBS, ESPN və digər məşhur telekanallar daxil
olacaq. Bundan əlavə olaraq NBC, Viacom və Fox kimi məşhur kanallarla da
danışıqlar aparılır. Ayrı-ayrı ölkələr ilə çalışmaq YouTube-un hələki planında
yoxdur. Telekanalların yayımı təbii ki, ödənişli olacaq. Standart paketə görə
istifadəçi hər ay 35 dollar ödəməli olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ