YouTube mobil telefonlar üçün çox lazımlı funksiya paylaşdı
Sosial Media
07.05.2017
Farid Pardashunas
Məşhur video paylaşım platforması olan YouTube, mobil tətbiqlərinə özəl olaraq yeni bir funksiya paylaşdı.
Google-un sahibi olduğu YouTube, Çərşənbə günü paylaşdığı
yeniləmə ilə iOS və Android istifadəçiləri üçün videoları 10 saniyə geri və ya
irəli yükləyə bilməklərinə imkan yaradan bir xüsusiyyət əlavə etdi. Bəs yeni
xüsusiyyəti necə istifadə etmək lazımdır?
Bu xüsusiyyəti istifadə etmək istəyirsinizsə,
telefonunuzun sol və ya sağ tərəfinə iki dəfə yüngülcə toxunmağınız kifayətdir.
Beləliklə videonu rahatlıqla 10 saniyə geri və ya irəli ala bilərsiniz.
YouTube, keçdiyimiz günlərdə yayımlamış olduğu yenilənmə ilə mobil istifadəçilər,
videoları rahatlıqla irəliyə və geriyə ala bilirlər.
Mobil istifadəçilərinin üzünü güldürən bu yenilik, bəzən əsəb
xəstəliyi halına gələn videonu irəli və geri çəkmək problemini ortadan
qaldırdı.
YouTube-un yeni xüsusiyyətinə sahib olmaq istəyirsinizsə,
yenilənməni PlayStore və ya App Store-dan yükləyə bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ