Yeni texnologiya wi-fi-ı əvəzləyəcək
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Texnologiyanın inkişafı ilə əlaqədar internetə olan tələb də günbəgün artmaqdadır. Səudiyyə Ərəbistanda Wi-Fi bağlantısını geridə qoyacaq, data transferini yüz dəfə daha sürətli həyata keçirəcək ağ işıq lazeri təqdim edilib
İddialara görə, bu
yeni texnologiya sayəsində saniyədə 2 GB data transfer olunacaq. Bu sürətlə hətta
yüksək effektli filmlər belə daha tez kopyalana bilər. Popsci saytının məlumatına
görə, keçən il "Velmenni" şirkəti Wi-Fi bağlantısının sürətini 100 qat
artırmaq üzərində işləmişdi. Li-Fi adı verilən bu texnologiya saniyədə 1 GB-a qədər
datanın transferini həyata keçirilə bilirdi. Səudiyyə Ərəbistan isə yeniliyə imza
ataraq bu rəqəmi 2 qat artırdı və 2 GB-a çatdıra bildi. Mövzu haqda məqalə isə ACS
Photonics jurnalında yayımlanıb.
Bu yeni texnologiya isə Səudiyyə Ərəbistanındakı
Kral Abdulla Universitetinin alimləri tərəfindən kəşf edilib. Texnologiya Visible
Light Communication (Görünən İşıq Xəbərləşməsi) sisteminin təməlini qoymaqla bərabər,
LED istifadə edərək, aydınlatma və kommunikasiyanı bir araya gətirir.
Başqa sözlə desək, data transfer edən
bağlantı əslində elektrikli lampanın işıqları sayəsində reallaşır. Gələcəkdə
naqilsiz bağlantı üçün yaşadığımız yerin işıqlarını yandırmaq kifayət edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ