Xanımları IT və Biznes dünyasında kişilərdən 1 pillə önə çıxaran platforma – "Wowoman"
Digər
07.05.2017
Farid Pardashunas
Xanımlarsız həyatı təsəvvür etmək mümkün deyil. Elə kişilərsiz
də… :) Bütün dünyada xanımlar və kişilər arasında bir
gender bərabərliyi mübahisəsi gedir və bu illərdir davam etməkdədir. Hətta deyərdik
ki, xanımlar öz hüquqlarını tələb etməklə, artıq kişilərdən də az qalsın daha önə çıxıblar. Bütün dünyanı və həyatımızı gözəlləşdirən xanımlar iş
dünyasında da bir o qədər uğura və əvəzedilməz bir rola malikdirlər.
Bu məqaləmizdə sizə ölkəmizdə fəaliyyət göstərən və sözün əsl mənasında
xanımları IT və biznes dünyasında inkişafa yönəldən bir platforma haqqında
danışacağıq. Oxucularımızın çoxunun kişilər olduğu üçün bu platforma haqqında
kifayət qədər məlumatlarının olmadığını düşünüb, bu yazını sizinlə paylaşmaq istədik ki, baxın görün xanımlarımız nələr edir.
Söhbət azərbaycanlı gənc xanımların sevimlisi və dogma məkanına çevrilmiş "Wowoman" platformasından gedir.
Zara Apetrei Huseynova tərəfindən 2 il əvvəl təsis olunan "Wowoman" platforması bu ilin fevral ayının 19-u rəsmi olaraq 2 yaşını qeyd edəcək. "WoWoman" qadınların
inkişafı üçün yaradılan, onların ən qeyri-adi, çılğın və mümkünsüz görünən
arzularını həyata keçirmək üçün yol göstərən, istiqamətləndirən
platformadır. Əsasən sosial yönümlü olan bu platforma xanımların
biznes yönümlü inkişafında onlara təməl biliklər aşılayır.
2 illik fəaliyyətləri müddətində "Wowoman" platforması 6000-dən
çox xanıma 100-dən çox tədbirdə töhvə verib. Bu tədbirlərin arasında 15 uzun
müddətli kurslar da yer alıb ki, bu da birbaşa şəxsi inkişaf, kariyera və IT-yə
yönəlib.
"Wowoman" platforma olaraq bir neçə sahədə artıq ixtisaslaşıb və öz layihələrini təsis edib.
"WoWoman" – "Tech Tech Xanım" xanım layihəsi - adından da göründüyü kimi xanımların IT yönümlü inkişafına əsaslanan bir layihədir. Oracle DB, C++ və bir neçə uzun müddətli proqramlaşdırma dili kursları ilə layihə, xanımları ölkənin ən peşəkar təlimçiləri və IT mütəxəssisləri ilə görüşdürür. "Tech Tech Xanım" kurslarının əfsanəvi siması və müəllimlərindən olan Ramin Orucov- dan sonra bu çətin vəzifə Kamran Ağayev -ə keçib. "Wowoman Tech Tech Xanım" layihəsinin meneceri isə Gunay Kazımzadə-dir."WoWenture" – "WoWoman"ın xüsusi layihələri
sırasında "WoWenture" xanımlar
üçün sahibkarlıq proqramını vurğulamaq lazımdır. Belə ki, öz işini qurmaq istəyən,
ideyasını biznesə çevirmək və investisiya yatırımı axtaran xanımlar üçün fürsət
yaradan layihə Kəmalə İsmayılova və Günel Hüseynovanın rəhbərliyi
ilə fəaliyyət göstərir. Bu layihənin əsas məqsədi xanımlarda sahibkarlıq vərdişləri
yaratmaq, onları bu sahəyə cəlb etməkdir. Layihə, mütəmadi olaraq öz biznesini
qurmaq istəyən xanımlara dəstək məqsədilə müxtəlif tədbirlər və kurslar təşkil
edir. Layihə haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
WoWoman HR Academy -
Çinara Əliyevanın rəhbərliyi ilə təşkil olunan bu kurslar təmənnasız
olaraq xanımlara İnsan Resursları üzrə qabiliyyətlərinin inkişaf etdirilməsinə
dəstək verir. Proqram müddəti ərzində "Deloitte”, BP, "European Tobacco”,
"Azercell Telekom”, "Keel Academy” şirkətlərin mütəxəssisləri öz bilik və
təcrübələrini bu kurslarda seçilmiş xanımlarla bölüşürlər.
Əlavə olaraq qeyd edək ki, "Wowoman" Azərbaycanda (Bakı və Gəncə)
aktiv fəaliyyəti ilə yanaşı qlobal arenada da öz işini davam etdirir. Belə ki,
Wowoman - Odessa, Lahore, Bishkek kimi şəhərlərdə faəliyyətdədir.
Şəxsi yanaşmamıza görə Azərbaycan kimi bir bazarda bu tipli ənənələri
yaratmaq, xanımlara və ekosistemə töhvə vermək böyük bir işdir. 2 illik fəaliyyət
ərzində platforma bir çox xanım mütəxəssislərin yetişməsində, onların şəxsi
biznes qurması yönümündə böyük əməyə sahibdir. Təkcə, "Tech Tech Xanım" kurslarında iştirak edən xanımlardan bir neçəsi hal-hazırda mütəxəssis olaraq
müxtəlif şirkətlərdə çalışır. "Wowoman" məzunu olan xanımlar öz şəxsi
startaplarını yaratmaqla bazarda rəqabətə qoşulublar.
İkinci ilinin uğurları
qeyd etmək, həyata keçirilən layihələrin hesabatını vermək məqsədilə "WoWoman" 19
fevral Fairmont Baku otelində media nümayəndələri, tanınmış simaları, təlimçiləri,
səfirliklər və nazirliklərin, dövlət qurumları və özəl sektorun təmsilçilərini
bir araya gətirəcək. Həmçinin, qonaqlar həmin gün üçüncü ilin fəaliyyət
planı ilə tanış olacaqlar və yeni layihələrin başlanma tarixləri haqqında məlumat
alacaqlar.
Tədbirdə iştirak isə yalnız dəvətnamə ilə olacaq. Daha ətraflı
Tədbirdə iştirak isə yalnız dəvətnamə ilə olacaq. Daha ətraflı
Əməkdaşlıq etdiyimiz "Wowoman” platformasını 2 yaşı münasibəti
ilə şirkətimiz adından təbrik edirik.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ