main-post-cover

    Woody Harrelson War of the Planet of the Apes filmində rol alacaq

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Woody Harrelson "War of the Planet of the Apes" fantastik filminin aktyorlar sırasına qatılıb. Məlumatlara görə aktyor filmdə baş mənfi obrazı canlandıracaq. Təbii ki, Woody-nin canlandıracağı obraz və filmin süjeti haqqında hələki heç bir məlumat yoxdur. 3-cü hissənin rejissoru "Dawn of the Planet of the Apes" filmini çəkmiş Matt Reeves təyin olunub. Filmin çəkiliş qrafiki hələki bəlli olmasada 20th Century Fox studiyası artıq premyera tarixini qeyd edib. Film 14 İyul 2017-ci ildə böyük ekranlara çıxacaq. Qeyd edək ki, Matt Reeves müsahibələrin birində bildirmişdir ki, 3-cü film ən iri miqyaslı hissə olacaq. Onun sözlərinə görə Caesar insanlığın sağ qalmış nümayəndələri ilə qaçılmaz müharibə şəraitinə düşəcək. "Dawn of the Planet of the Apes" filmi 2014-cü ildə böyük ekranlara çıxmışdır. Film 170 milyonluq istehsal büdcəsi ilə 700 milyon gəlir gətirmişdir. Caesar rolunun yenidən Andy Serkis tərəfindən canlandırılacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər