WikiLeaks, CIA-nin messencerlər ilə insanları izlədiyi haqqında gizli sənədləri yaydı
Sosial Media
07.05.2017
Farid Pardashunas
Məşhur WikiLeaks saytı çox vacib bir məlumatı təsdiq edib.
Belə ki, saytın verdiyi məlumata əsasən ABŞ-ın Mərkəzi Kəşfiyyat
İdarəsi (CIA), Telegram, WhatsApp və Signal messencerlərinin təhlükəsizliyini
sındırmaq gücünə sahibdir. Ümumilikdə 6 Mart tarixində WikiLeaks saytında, Mərkəzi
Kəşfiyyat İdarəsinin kiber kəşfiyyat şöbəsi və idarənin 2013-2016-cı illəri əhatə
edən hacker fəaliyyəti haqqında 9000-ə yaxın gizli sənədlər paylaşılıb. Həmin məlumatlarda,
sözügedən idarənin bir çox zərərli tətbiqlərdən və kənar sistem təminatlarının
boşluqlarından istifadə etdiyi bildirilir. WikiLeaks-in məlumatlarına əsasən
CIA əməkdaşları, WhatsApp, Telegram, Signal və Confide kimi messencerlərin təhlükəsizlik
sistemlərini sındıraraq, istifadəçinin bütün ismarıclarını və audioyazılarını əldə
edirlər. Bundan əlavə olaraq sənədlərdə qeyd olunur ki, CIA əməkdaşları həmçinin Windows, iOS və Android sistemlərindəki boşluqlardan istifadə edərək insanları
gizli şəkildə dinləyirlər. WikiLeaks bildirib ki, bu sənədlər bir vaxtlar hökümət
üçün çalışmış hacker tərəfindən əldə olunub. CIA isə ənənəvi olaraq bu cür xəbərə
fikir bildirməkdən imtina edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!