"WhatsApp"dan tarixi yenilik. Şirkətlər üçün profillər gəlir

"WhatsApp"dan tarixi yenilik. Şirkətlər üçün profillər gəlir

Sosial Media
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Dünyanın ən məşhur mesajlaşma platforması halına gələn "WhatsApp", şirkətlərə özəl profil sisteminə keçir. Günümüzdə SMS-i "öldürən” mesajlaşma tətbiqləri, artıq internet qoşulması vasitəsilə ödənişsiz olaraq münasibət qurmağınıza şərait yaradır. Bunun ən məşhur nümunəsi olan "WhatsApp" isə inkişafa davam edərkən, artıq pul qazanmaq istəyir.

Daha əvvəl illik 0.50 Azn kimi bir ödəniş alan "WhatsApp", aldığı qərar ilə tamamilə ödənişsiz sistemə keçid etmişdi. Beləliklə tətbiqdən gələn gəlirlərin qarşısını kəsən "WhatsApp", buna məntiqli bir həll üsulu tapıb.


"WhatsApp for Business" adlı bir sistem üzərində işləyən komanda, şirkətlər üçün xüsusi "WhatsApp" sistemi hazırlayaraq şirkətlərin müştəriləri ilə e-mail yerinə saniyələr içində mesajlaşmasına şərait yaradacaq. Yəni müştəri xidmətlərinə "WhatsApp" üzərindən də çata biləcəyiniz bu sistem, əlbəttə ki şirkətlərə müəyyən bir ödəniş qarşılığında təqdim ediləcək.

Hazırda xüsusilə çatdırılma təklif edən bir neçə restoran, ticarət obyekti kimi bir çox nöqtədə müəyyən bir telefon nömrəsi üzərindən "WhatsApp" ilə əlaqə saxladığınız müştəri xidmətləri, beləcə daha əlverişli hala gələcək.

Fərqli bir interfeys bir neçə telefon üzərindən istifadə kimi detallar təklif edərək tam bir müştəri xidmətləri tətbiqi meydana gətirəcəyi gözlənilən "WhatsApp" , sadəcə fərdi istifadə üçün deyil, beləcə şirkətlər üçün də e-mailSkype kimi servislərin qarşısına keçməyi hədəfləyir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagramı internetsiz də istifadə edə biləcəyiniz möhtəşəm funksiya elan edildi..

F8 konfransında çıxış edən Mark Zuckerberg, Instagrama offlayn versiyanın əlavə ediləcəyini elan e..


Facebook, olduqca real kamera effektlərini təqdim etdi

Facebook, bu gün yeni platformasını F8 Konfransında təqdim etdi. Edilən açıqlamalarda Facebook, rea..


Yerli Youtube mədəniyyətini kökündən dəyişəcək kanal - ZehinX

Azərbaycanda mövzu youtube olduqda bir çoxlarımızın düşündüyü, türk serialları,..


Nəyə görə biz "pornoqrafiyanı" daha çox sevirik?

Salam. Əvvəla onu qeyd edim ki, bu məqalə mənim şəxsi subyektiv fikrimi nümayiş etdirir. Təbii ki ..


McDonalds işçilərini Snapchat-dən seçəcək!

Sosial şəbəkələrin həyatımıza tam mənasıyla daxil olması artıq tamamlandı deyilə bilər. Çünk..


6 Aprel 1980-ci il. 20-ci əsrin ən vacib ixtiralarından biri. Söhbət kompüterdən..

6 Aprel 1980-ci il tarixində \"3M” şirkəti, ABŞ-da Post-It Notes kağızlarını satışa çıxard..

×