"The Next Web 2016"da keçirilən Hackathon-un qalibi azərbaycanlı gənc oldu.
Elm & Texnologiya
Tech-Biznes
Startup və Biznes
e-ticaret
07.05.2017
Farid Pardashunas
May ayının 25-27-si
tarixlərində Amsterdam şəhərində 20 000-dən çox insanın iştirak etdiyi dünyanın
ən böyük IT konfranslarından biri olan The Next
Web 2016 konfransı keçirilirdi. Həmin konfransın daxilində isə
proqramçılar arasında IoT(Internet of Things) mövzusuna həsr olunmuş Hack
Battle adlı beynəlxalq hackathon keçirildi. Yarışmada iştirak edən həmyerlimiz
Natiq Babayev də Hack Battle-da uğurla iştirak edərək 36 saat içərisində
hazırladığı proqram təminatı Without Internet Technology (www.nicapp.me) adlı proqram təminatı
ilə Uber və CM Telecom tərəfindən 1-ci yerə layiq görüldü. Hazırlanan proqrama
gəlincə isə proqram təminatı sizə mobil cihazınızda internetə çıxışınız
olmadıqda belə internet xidmətlərindən istifadə etməyə imkan yaradır. Məsələn,
internetiniz yoxdur və sizə Uber-dən sürücü sifariş etmək lazımdır. Bunun üçün
mobil cihazınızda NIC proqramını açıb offline şəkildə Uber-dən sürücü sifariş
edə bilərsiniz. Qeyd edim ki, proqram təminatı arxa planda SMS texnologiyasından
istifadə edir və buna görə də hətta 2G şəbəkədə belə siz problemsiz şəkildə
Uber sifariş edə, Twitter və
Facebook-da hər hansı bir mətn paylaşa, yemək sifariş edə bilərsiniz.
Aşağıdakı videoda
internet olmadan twitterdə mətn paylaşımı
nümunəsini görə bilərsiniz:
Beta test mərhələsinə qeydiyyat üçün: http://www.nicapp.me
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ