Texnologiya Sektorunda Sürətlə Böyüyən 6 İş Sahəsi
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Günümüzdə artıq texnologiya, gündəlik həyatımızın mərkəzinə yerləşmiş bir haldadır. Bu vəziyyətin ən gözəl görülə biləcəyi yer iş sektorlarıdır. Artıq bir çox işdə texnologiyadan kömək alınarkən, birbaşa texnologiyanın inkişaf müddətinin prosesinin içində olan işlərdə ciddi bir yüksəliş və inkişaf içindədir.
Bax bu mövzuda bir araşdırma aparan CareerCast adlı sayt, İnformasiya Texnologiyaları (İT) sektorundakı işlərin əsas götürüldüyü bir
siyahı hazırlayaraq irəlidəki illərdə gedərək böyüyəcək iş sahələrini
sıralayıb. İndi gəlin o işlərə bir göz ataq.
Şəbəkə və Server Sistemləri Mütəxəssisi
Server və kompüter şəbəkə sistemlərini nəzarətdə saxlayaraq idarə
edən mütəxəssislər, bu il içərisində ortalama 77.810 dollar qazanıblar. Xüsusilə
bulud sistemlərinin daha da ön plana çıxması, bu sənətin potensialını gedərək
artırır (təbii ki ölkəmiz texnologiya sektorunda kifayət qədər inkişaf etmədiyi
üçün sözü gedən pulun burada qazanılması biraz çətin işdir). Bu iş sahəsinin irəlidəki zamanlarda 8% böyüməsi gözlənilir.
Məlumat (DATA) Analitiki
Bu işdə işləyənlər il içərisində ortalama 128.240 dollar
qazanıblar. Sektorda da sürətlə artan, inanılmaz bir məlumat hovuzu olduğu
düşünüldüyündə bu işin hələ uzun illər inkişaf edəcəyini deyə bilərik. Gözlənilən
böyümə 16%-dir.
Proqramlaşdırma Mühəndisliyi (Developer)
Böyük şirkətlərdən tutmuş xırda, özəl agentliklərə qədər
developerlərin işləyə bildiyi iş sahələri olduqca genişdir. Bu da, bu sənət sahəsini
seçənlərini əlini ciddi dərəcədə gücləndirir. Əlavə olaraq bir çox developer
bir şirkətə bağlı işləməklə yanaşı digər şəxsi layihələrinidə hazırlaya bilirlər.
Yəni istedadınızla və iş performansınızla düz mütənasib olaraq ciddi qazanclar əldə
edə bilərsiniz. Gözlənilən böyümə 17%-dir.
Məlumat təhlükəsizliyi mütəxəssisi
Texnologiyanın daha da dərinliyinə endikcə kompüterlərimizdən
planşetlərimizə, telefonlarımıza, istifadə etdiyimiz cihazların haqqımızda topladıqları
məlumatlar, ya da xüsusi sənədlər getdikcə daha vacib hala gəlir. Bütün bu məlumatların
qorunması barədə bizə kömək edən mütəxəssislər, tam da bu sənət sahəsi ilə məşğul
olurlar. Gözlənilən böyümə 18%-dir.
Kompüter Sistemləri Mütəxəssisi
Bu iş sahəsini qısaca açıqlamaq lazımdırsa, insanlar
kompüter istifadə etməyə və proqramlar hazırlamağa davam etdikcə, kimlərinsə
işləri səhv getdiyində problemləri həll etməsi lazım olur. Elə bu zaman da
Kompüter Sistemləri Mütəxəssisi bu işə müdaxilə edirlər. Gözlənilən böyümə
21%-dir.
Web Dizayner
Web dizayner, teknologiya sektorunda ən çox qazanan işçisi deyil. Ancaq onları digər bütün işlərdən ayıran və zirvəyə daşıyan bir şey
mövcuddur; tələb. Web dizaynerlərə qarşı tələb və sektorda saylarının digər sənət
sahələrinə görə az olması, bu sənət sahəsini olduqca dəyərli edir. Gözlənilən
artım isə təxminən 27 %-dir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ