Telegram-da avtomobil nömrəsi vasitəsilə mobil telefon nömrəsini öyrənmək mümkündür
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Məlum olub ki, avtomobil nömrələrini və onların sahiblərinin
mobil nömrələrini Telegram messengerində tapmaq mümkündür. Bu funksionallıq
artıq messenger üçün adətə çevrilən bot çatlar formasında reallaşdırılıb. Verilən
məlumata əsasən bu barədə "Flacon” zavodunun baş dizayneri Yan Yarmoşuk öz
Facebook səhifəsində qeyd edib. Yan-ın sözlərinə əsasən 14 iyul tarixində səhər
saatarında ona tanımadığı nömrədən zəng gəlib. Həmin zəngdə onun tanımadığı
insan Yan-ın avtomobilinin yerini dəyişməsini tövsiyyə edib. Belə ki, əks halda
onun avtomobili ağac tərəfindən əziləcəkdi. Zəng edən şəxs başa salıb ki, o Yan-ın
nömrəsini Telegram-da olan AntiParkon bot çatı ilə avtomobilin nömrəsi vasitəsilə
tapıb. O bildirib ki, bot çatın təqdim etdiyi məlumatlar çox yararlı olurlar.
Lakin botun məlumatları hardan əldə etdiyi naməlum olaraq qalır. Sözügedən bot
çatın məlumatında isə qeyd olunub ki, o kənar məlumatlar bazasından və əməliyyatın
yerinə yetirilməsi üçün mobil telefonun nömrəsindən istifadə etmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ