main-post-cover

    Süni zəka sahəsində 10 qorxunc inkişaf

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Stephen Hawking, Bill Gates və Elon Musk kimi məşhur simaları birləşdirən bir ortaq nöqtə var. Xeyir bu onların sahib olduqları var dövlət deyil. Onların hər üçü süni zəka tərəfindən baş verə biləcək məhşər günündən qorxurlar. Təbii ki, bu nəzəri ssenaridir hansında kı, süni zəka Yer kürəsində dominant həyat növü ola bilər. Lakin süni zəka tərəfindən məhşər gününün ola biləcəyi böyük sualdır. Sözügedən məşhur simaların nəzəri ssenarini narahatlıqla qarşılamalarına nə səbəb oldu? "Terminator” kimi filmlərdə baş verən hadisələrin real həyatda ola biləcəyi ehtimalı nə dərəcədədir? Gəlin həmin məşhur simaların narahatlıq keçirtdikləri mövzunun səbəblərinə nəzər yetirək.
    Onlar aldatmağı və yalan danışmağı öyrənirlər:
    Yalan universal davranışdır. İnsanlar bu davranışdan həmişə istifadə edirlər. Hətda bəzi heyvanlar belə - dələlər və bir çox quşlar təbiətdə sağ qalmaqdan ötrü yalan faktorundan istifadə edirlər. Hər-halda yalan faktorundan təkcə insanlar və heyvanlar istifadə etmirlər. Corciya Texnoloji Universitetinin alimləri aldatmağı və yalan danışmağı bacaran süni zəkalı robotlar yaradıblar. Professor Ronald Arkin-in başçılığı ilə fəaliyyət göstərən müşahidəçi qrupun fikrincə bu robotları gələcəkdə hərbi sahədə istifadə etmək olacaq. Həmin robotlar tam hazır olandan sonra hərbi əməliyyatların keçirildiyi yerlərdə adi əsgərlərlə birlikdə iştrak edə biləcəklər. Sözügedən robotlar mühafizəçi rolunda çıxış edəcəklər. Onlar hərbi sursat və qida ehtiyyatlarını düşmənlərdən qoruya biləcəklər. Professor Arkin-in sözlərinə görə onun müşahidələri üçün bir sıra etik norma problemləri mövcuddur. Əgər həmin müşahidələrin nəticələri mənfi fikirli insanların əllərinə keçərsə bu əsl təhlükə ola bilər.
    Onlar bizim iş yerlərimizə sahib olurlar:
    Bir çozlarımız qorxuruq ki, süni zəka və robotlar insanları məhv edəcəklər. Lakin alimlərin fikrincə biz daha dəhşətli nəticələr haqqında düşünməliyik. Məsələn robotların iş yerlərini məhv etmələri haqqında. Bir çox mütəxəssislər narahatdırlar ki, süni zəka və avtomatlaşdırılmış  iş prosesi sahəsinə yetirilən böyük diqqət insanların öz iş yerlərini itirmələrinə gətirib çıxarda bilər. Təkcə ABŞ-da 250.000 robot insanlara xas olan işləri görürlər. Fikirləşinki dünya texnikasının 90%-nin istehsal olunduğu şərq ölkələrində bu göstərici nə qədər olacaq. Həmçinin nəzərə alsaq ki, bu göstəricilər hər il artır. Robotların iş yerlərini zəbt edəcəklərindən təkcə işçilər narahat deyillər. Hətda süni zəka üzrə mütəxəssislər belə narahatlıq keçirdirlər. Google Brain Project layihəsinin iştirakçısı və Baidu-nun (Google-un Çin ekvivalenti) baş mütəxəssisi Andrew Ng də süni zəkanın inkişafı barəsində öz narahatlığını bildirib. Süni zəka bizim üçün təhlükə yaradır. Belə ki, o hər şeyi digərlərindən daha yaxşı səviyyədə yerinə yetirir. Hətda nüfuzlu müəssisələr belə bu təhlükə barəsində müşahidələr keçirdirlər. Məsələn Oksford Universitetinin müşahidələrinə əsasən növbəti 20 ildə Britaniyadakı iş yerlərinin 35%-i süni zəkanın nəzarəti altında olacaq.
    Onlar xakerlərdən daha ağıllı olurlar:
    Hollywood filmlərində xakerlər çox əla üslubda təqdim olunurlar. Real həyatda isə bu belə deyil. Onlar həmşə yorğun halda və yanlarında həmişə bir fincan qəhvə olan sadə insanlardır hansılar ki, komputer qabağında əyləşərək proqramlaşdırma sahəsində öz dqqətlərini cəmləyirlər. Real həyatda xakerlik çox sıxıcı ola bilər. Lakin bu çox effektiv və təhlükəli silahdır. Daha təhlükəli fakt isə ondan ibarətdir ki, mütəxəssislər hər il xakerlərlə mübarizə üçün nəzərdə tutulmuş daha ağıllı süni zəka sistemləri yaradırlar. 2016-cı ilin avqust ayında DARPA şrkəti tərəfindən Cyber Grand Challenge yarışması keçirilmişdi. Yarışmanın məqsədi düşmən sisteminin zəif nöqtələrini tapıb məhv edərək eyni zamanda öz zəif nöqtələrini aşkar edib onları aradan qaldırmağı bacaran süni zəka yaratmaq idi. Mütəxəssislər süni zəka xakerlərinin yaradılmasını təhlükəsizlik uğrunda olduğunu desələr də qeyd edirlər ki, bu cür texnologiyaların digər əllərə düşəcəyi halda xaos yaranacağı qaçılmazdır.
    Onlar bizim davranışlarımızı başa düşməyə başlayırlar:

    Heç şüphəsiz Facebook hal-hazırda ən güclü və nüfuzlu sosial media platformasıdır. Bir çoxlarımız üçün Facebook gündəlik həyatda qida kimi önəmli bir yer tutur. Biz hər dəfə bu sosial şəbəkədən istifadə edəndə özümüz də bilmədən süni zəka ilə əlaqəyə giririk. Bir neçə müddət bundan qabaq Mark Zuckerberg Berlində olarkən Facebook-un hazırladığı süni zəkanın necə insan davranışını anladığını başa salmışdır. Facebook-a daxil olan zaman özümüzü necə apardığımızı və bir sıra elementlərlə necə davrandığımıza görə süni zəka bizə maraqlı ola biləcək məlumatları özümüzə təklif edir. Mar Zuckerberg bildirmişdir ki, o digər sahələrdədə daha ağıllı süni zəka sisteminin yaradılması üçün planlar qurur. Facebook-un süni zəkası hal-hazırda yalnız öyrənə bilir. Lakin şirkət rəsmiləri ümid edirlər ki, almlər gələcəkdə öyrənməklə yanaşı həmdə özünü inkişaf etdirəcək süni zəka yaradacaqlar. Hələki bilinmir bu cür ixtira insan həyatı üçün yararlı olacaq yoxsa yox.
    Onlar sevgililəri əvəz edəcəklər:
    "Ex Machina” və "Her” kimi Hollywood filmlərində əsas mövzu ondan ibarətdir ki, baş qəhrəmanlar robota aşiq olaraq onlarla seksual əlaqədə olurlar. Lakin bu cür ideya real ola bilərmi? Bəli ola bilər və yaxın gələcəkdə bu artıq mümkün olacaq. Futuroloq Ian Pearson 2015-ci ildə belə bir fikir bildirmişdi ki, artıq 2050-ci ildə robotlarla cinsi əlaqə adi insanlar arasındakı cinsi əlaqədən daha çox üstünlük təşkil edəcək. Onun digər bir proqnozu isə ondan ibarətdir ki, 2025-ci ildə imkanlı şəxslər cinsi əlaqə üçün nəzərdə tutulmuş süni zəkaya malik robotlara sahib olacaqlar. 2050-ci ildə isə robotla cinsi əlaqə artıq normal bir proses kimi qəbul olunacaq. Təbii ki, bir çox insanlar ağıllı robotlarla cinsi əlaqəyə qarşıdırlar.
    Onlar xarici görünüşcə insanlara bənzəyirlər:

    Şəkildəki gördüyünüz robotun adı Yang-Yang-dır. O süni zəkaya sahibdir və hər zaman sizin əlinizi sıxaraq sizi ürəkdən qucaqlamağa hazırdır. Bu robot robotlar üzrə yaponiyalı mütəxəssis Hiroshi Ishiguro və robotexnika üzrə çinli professor Song Yang tərəfindən hazırlanmışdır. Yang-Yang xarici görünüş baxımından insana bənzəyən yeganə robot deyil. Məsələn Sinqapur Texnoloji Unversiteti də insana bənzəyən öz robotonu yaradıb. Aşağıdakı videoda süni zəkaya sahib olan və universitetdə fəaliyyət göstərən Nadin adlı robotdur. O salamlamağı, gülümsəməyi və insanları qarşılamağı bacarır. Bundan əlavə olaraq Nadin insanlarla keçmiş söhbətlərə əsaslanaraq onları tanıya da bilir.
    Onlar hiss etməyi öyrənirlər:

    İnsanları robotlardan fərqləndirən nədir? Fkirləşirsiniz ki, bu zəkadır? Xeyr. Süni zəka sizdən dəfələrlə ağıllıdır. Xarici görünüş? Xeyr. Alimlər insana bənzəyən robotları artıq ixtira ediblər. Bizi robotlardan fərqləndirən əsas xüsusiyyət ondan ibarətdir ki, biz insanlar emosiyaları göstərə bilirik. Təəssüflər olsun ki, bir çox alimlər robotlara bizi onlardan fərqləndirən əsas xüsusiyyəti yeritmək istəyirlər. Microsoft Application and Services Group-dan olan mütəxəssislər emosiyaları hiss edərək insanla söhbət etməyi bacaran süni proqram yaradıblar. Xiaoice adlı süni zəka suallara 17 yaşlı qız kimi cavab verir. Əgər o söhbət əsnasında mövzu haqqında nəsə bilmirsə o uydura bilir. Əgər ona yalan danışılırsa o hirslənir. Xiaoice-nin gözlənilməzlik xüsusiyyəti onunla söhbəti adi insanla söhbətə çevirir. Hal-hazırda Xiaoice-nin yaradıcıları onun təkmilləşdirilməsi üzərində çalışırlar.
    Onlar yaxın zamanda bizim beynimizə daxil ola bləcəklər:
    Təsəvvür edin ki, istədiyiniz hər-hansı bir dili beyninizə yükləyərək onu artıq biləcəksiniz. Bu fantastika kimi görünsə də yaxın gələcəkdə artıq reallığa çevrilə bilər. Google-ın texniki direktoru, futuroloq və ixtiraçı Ray Kurzweil qeyd edib ki, artıq 2030-cu ildə insan beyninə yeridiləcək nanobotların sayəsində insanlar daha çox yararlı olacaqlar. Beyində olacaq kiçik robotların köməyi ilə biz istənilən məlumatı əldə edib onu saniyələr içərisində yaddaşımıza yaza biləcəyik. Bundan əlavə olaraq biz öz fikir və xatirələrimizi arxivdə saxlaya və elektron məktub, video, foto kimi faylları göndərə biləcəyik. Google-da süni zəkanın hazırlanmasında iştirak edən Kurzweil-in fikrincə beyinə yerdiləcək nanobotlarla insanlar daha unikal olacaqlar. Nanobotlar hətda yaddaş gücləndirməsi, epilepsiya kimi xəstəliklərin aradan qaldırılmasına və zəkanın gücləndirilməsinə də nail ola biləcəklər. Təbii ki, potensial təhlükəsiz də olmur. Belə ki, biz hələ beynin tam olaraq necə işlədiyini bilmirik. Buna görədə beyinə nanobotların implantasiyası hələki şüphəli görünür. Bundan əlavə olaraq süni zəka beyni ələ keçirdərək insanı zombi halına sala bilər.
    Onlar silaha çevrilirlər:
    Rusiya və Çinin hərbi güclərinin getdikcə artma prosesini cilovlamaq üçün Pentaqon öz büdcəsini 2017-ci il üçün 12-15 milyard dollar təyin edib. Amerikalı hərbçilər başa düşürlər ki, əgər onlar düşmənlərindən öndə olmaq istəyirlərsə deməli süni zəkadan istifadə etməlidirlər. Pentaqon müxtəlif növ robotların hazırlanmasına milyardlarla dollar xərcləməyi planlaşdırır. Bir neçə ildən sonra onlar döyüş ərazilərinə hərbi robotlar göndərsələr heç təəccüblü olmayacaq. Müharibə zamanı süni zəkadan istifadə minlərlər insanın canını xilas edə bilər. Lakin başa düşmək lazımdır ki, zəkası olan silahlı bir robot həmdə böyük təhlükə mənbəyidir. Bu cür texnologiya göz qırpmadan dinc əhalini və onu yaradanı belə məhv etməyə qadirdir. Təbii ki, alimlər bu cür təhlükənin yaranmasını istəməzlər. Buna görə də 2015-ci ildə Argentinada keçirilmiş süni zəka sahəsi üzrə konfransda alimlər hərbi sahədə süni zəkanın qadağan olunmasını tələb edən məktuba imza atıblar. Lakin məktub nə dərəcədə kömək ola bilər? Hal-hazırda biz hərbi sahədə baş verə biləcək inqilabın astanasındayıq və hansı ölkədə bu inqilab ilk olaraq baş versə o dünyanın daha güclüsü hesab ediləcək.
    Onlar lazım olmayanı öyrənməyə başlayırlar:
    Gələcəkdə robotların insanlara qarşı çıxmamaqları üçün alimlər hər il onların düzgün olanı düzgün olmayandan ayıra biləcəkləri üsullar hazırlayırlar. Beləliklə süni zəka daha insani keyfiyyət daşıyacaq. ABŞ-da bir sıra alimlərdən ibarət qrup hətda çox gözəl bir üsul fikirləşib. Onlar insani etikanı süni zəkaya uşaq nağılları danışaraq yeridirlər. Bu üsulda əslində məntiq var. Belə ki, bir çoxlarımız uşaqlara əsas nsani keyfiyyətləri başa salmaq üçün onlara nağıllar  danışırıq. Süni zəka indi uşaq kimidir. O bilmir nə doğrudur nə yanlış. Lakin süni zəkaya insani keyfiyyətləri öyrətməkdədə təhlükə var. Tarixə nəzər salsaq görərik ki, nəyin yaxşı nəyin pis olduğunu bilə-bilə insanlar qəddar əməllər görməyə qadirdilər. Adolf Hitler və digər diktatorlara nəzər yetirmək kifayətdir. Əgər insanlar bu cür qəddarlığa qadirdilərsə onda süni zəkanın həmin qəddarlıqları edə biləcəyi də realdır.
    Linki kopyala