main-post-cover

    Silikon Vadisində ən çox yatırım edən investorlar

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Yeni investorların inkişaf statistikasını araşdıran "Mattermark”, bu dəfə ABŞ-da olan ən qabaqcıl texnologiya sərmayəçiləri haqda məlumat təqdim edib.

    Sıralamada ilk yer "SV Angel”, ikinci yer isə "Y Combinator” məxsusdur
    5098 investor şirkətini müxtəlif başlıqlarla sıralayan Mattermark-ın siyahısında ilk yeri "SV Angel” tutur. Beləki, investorların sərmayə qoyduğu investisiyanın çıxış sayısına görə "SV Angel” siyahıya liderlik edir.
    "Crunchbase”ə görə indiyədək 700-ə yaxın investisiya qoyan "SV Angel” şirkəti, bunlardan 166-sı ilə uğur qazanmağı bacarıb. Həmçinin, siyahıda ikinci yerdə 126 sərmayə ilə "Western Technology Investment”, üçüncü yerdə isə 115 investisiya ilə "Y Combinator” yer alır. Bu arada "SV Angel” və "Y Combinator”un birgə sərmayə qoyan şirkətlər olduğu da əsas faktorlardan biridir. Siyahıda həmçinin "Intel Capital”, "500 Startups”, "Accel Partners”, "Sequoia Capital”, "Greylock Capital” kimi investorlar da yer almaqdadır. Türk investorlardan olan Aydın Şenkutun qurucusu olduğu "Felicis Ventures” siyahıda 14-cü yerdədir. "Google Ventures” isə bu şirkətdən iki sıra geridədir.

    İnsanların rəğbətini qazanan "KPCB”
    Marttermark-ın tərtib etdiyi siyahıda, insanların diqqətini çəkən şirkətlər arasında ilk yeri "KPCB”
    (Kleiner Perkins Caufield & Byers) tutur. 37 startapı birjaya daşıyan "KPCB”, Türkiyəyə məxsus "Trendyol”a da investisiya qoymaqla diqqətləri öz üzərinə çəkməyi bacarmışdı. Təəssüf ki, "Sequoia Capital”, "Silicon Valley Bank”, "Greylock Partner” kimi şirkətlər siyahının sonluğunda yer almaqdadırlar.


    Ən çox fərdi sərmayəyə malik şəxs - Ron Conway (Ron Konvey)
    Etdiyi fərdi investisiyaya görə sıralamada 49 investisiya ilə Ron Conway liderlik edir. Qeyd edək ki, Ron Conway özü də "SV Angel”ın qurucularındandır. Siyahıda ikinci yeri isə Naval Ravikant, 33 investisiya ilə davam etdirir. O, da Angellist-in ortaq qurucularındandır. Siyahıda digər yerləri Paul Buchheit (29 investisiya), Ried Hoffman, Peter Thiel, Marc Andreessen, Dave McLure, Yuri Milner və Ashton Kutcher kimi şəxslər davam etdirir.
    Təəssüf edirik ki, Azərbaycan hələki, bu siyahıda yer almır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər