Samsung Galaxy A9 Pro\'nun xüsusiyyətləri məlum oldu.
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Samsung Galaxy A ailəsinə bir yeni üzv əlavə olunur. A9 modelinin daha güclü performansa və göstəricilərə sahib olan davamçısı A9 Pro'nun texniki göstəriciləri məlum oldu.
Hal hazırda Samsung cəbhəsində bütün gözlər Galaxy S7 üzərindədir. Lakin buna baxmayaraq Cənubi Koreya firması başqa telefonlar üzərində işləməyə davam edir. Sözü gedən telefonlardan biri də Galaxy A9 Pro modelidir. Bir neçə həftə öncə Samsung'un A9 Pro modeli haqqında məlumatların sızdırılması barədə sizlərə məlumat vermişdik. Bu dəfə isə GFXBench testləri ortaya çıxan modelin xüsusiyyətləri bəlli olub.
Modeldə diqqət çəkən məqamlardan biri ekranın 5.5 düyüm olmasıdır. Telefonun digər xüusiyyətləri isə aşğıdakı kimidir:
Çipset olaraq 1.8 GHz, Cortex-A72 octa core Snapdragon 652'nin olduğu telefonda 4GB RAM və 16 meqapiksel arxa, 8 meqapiksel ön kamera yer almaqdadır. Arxakamera 4.608 x 3.456 piksel sıxlığında şəkil çəkmək qabiliyyətinə malikdir.Ön kamera üçün isə bu 3.264 x 2.448 ölçüsündədir.
Önümüzdəki həftələrdə rəsmi olaraq tanıdılacaq telefonun çıxış tarixi və qiyməti hələki məlum deyil. Təxmini qiymətinin isə 500-600 dollar arası olacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ