Milyonlarla iPhone istifadəçisinə Apple-dan bəd xəbər!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Qarşıdakı günlərdə təqdim olunacaq iOS 10.3.2 versiyası, milyonlarla iPhone istifadəçisini kədərləndirəcək.
Bu versiya ilə birlikdə
iOS 10-un 32-bit dəstəyi sona çatır. Qarşıdakı günlərdə təqdim ediləcək iOS 10.3.2 yenilənməsi, quruluşuna görə olduqca
bənzərsizdir. Ancaq bunu yaxşı mənada vurğulamırıq.
Apple, bu günə qədər
görülməmiş bir şeyi edir və iOS 10 versiyasının ortasında, bəzi köhnə iPhone modellərinə dəstəyi
dayandırır.
iOS 10.3.2 versiyasının iki beta versiyası da 32-bit cihazları dəstəkləmədi.
Bu o deməkdir ki, təxminən 43.7 Milyon iPhone istifadəçisi iOS 10.3.2 versiyasını istifadə edə bilməyəcək. Çünki hələ də iPhone 5 və iPhone 5c modellərini istifadə edən milyonlarla insan var. Bu telefonlar iOS 10 istifadə edən son iPhone cihazları olacaq. Bu modellər
yalnız iOS 10.3.1 versiyasını istifadə
edə biləcəklər.
Yenə də iPhone 5 və iPhone 5C kimi cihazların, iOS 10.3.1
versiyasına qədər yenilənmiş olması sevindirici haldır. Çünki Android tərəfində
bu cür köhnəlmiş cihazlar, yeni versiyalara qəbul olunmur. Yenə də Apple-ın iOS
10 versiyasının ortasında belə bir addım
atması olduqca maraqlıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ