Lenovo Moto M telefonunu rəsmi olaraq təqdim etdi
Elm & Texnologiya
07.05.2017
Orkhan Karimov
"Lenovo" tərəfindən alınan "Motorola" yeni Moto M adlı ağıllı telefonu təqdim edib. Beləliklə, Moto M-in texniki xüsusiyyətləri və dizaynı haqda bu məlumatlar yer almaqdadır.
Çinli texnologiya nəhəngi "Lenovo", bu gün
Moto M modelini rəsmi olaraq təqdim edib. MediaTek tərəfindən inkişaf etdirilən
və 2.2 GHz sürətində, 8 nüvəli Helio P15 prosessordan və Mali-T860 MP2 GPU-dan
güc alan Moto M telefonu 4 GB RAM və 32 GB daxili yaddaşa malik olacaq.
Bundan əlavə cihazın daxili yaddaşını 128 GB-a
qədər artırmaq imkanı verilir. 5.5 inç böyüklükdə ekranın Full HD özəlliyə sahib
olan telefon 8 MP ön kamera və 16 MP
arxa kamera ilə təchiz olunub.
Moto M suya qarşı cüt qatlı hidrofobik
örtülü metalla mühafizə olunub. Bundan əlavə cihaz barmaq sensoru və
sürətli şarj etməsi üçün 3050 mAh batareya ilə təchiz olunub.
Moto M Android 6.0.1 Marshmallow əməliyyat sisteminə malikdir. Cihaz 2 rəngdə, qızılı və gümüşü rənglərdə təqdim olunub. Moto M-in qiymətinin təqribən 294$ olması gözlənilir. Telefonun satışına 9 noyabrda onlayn olaraq, 11 noyabrda isə mağazalarda satışına start veriləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ