Dünya Bankı tərəfindən verilən son hesabatda 2030-cu ilə qədər daha 100 milyon insanın yoxsulluğa düçar olacağı xəbərdarlıq edilir.Verilən hesabatda iqlim dəyişikliyinin əsasən Afrikanın səhralıq ərazilərində və Cənubi Asiyada intensiv şəkildə hiss ediləcəyi də qeyd olunub.Araşdırmaya görə,iqlim dəyişikliyi Afrikanın böyük hissəsində ərzaq mallarının qiymətinin artmasına səbəb olacaq.Nəticədə isə, yoxsulluq və qeyri-kafi qidalanma artacaq.2-3 dərəcəlik qlobal istiləşmə Malyariya xəstəliyinin geniş miqyasda artmasına səbəb olacaq.Verilən hesabatda bildirilib ki, bu 2-3 dərəcəlik artım 150 milyon insanın Malyariya xəstəliyinə tutulma riski ilə üzləşdirəcək.
Mütəxəssislər isə ssenarinin qarşısına keçmək üçün bir neçə təklif irəli sürürlər.İlk olaraq iqlim dəyişikli faktoruna diqqət edilməsinin vacibliyi qeyd edilib.Bu prosesin sürətinin azaldılması üsulları müzakirə edilib.Daha sonra isə qlobal istiləşmə nəticəsində yaranacaq su fəlakətlərinə qarşı daha effektiv mübarizə aparmaq üçün drenaj kanallarının açılmasının zəruriliyi qeyd olunub.
Şərh yoxdur