Apple özünün əməliyyat sistemi olan iOS-un 9.3 versiyasının ilk betasını istifadəçilərə təqdim edib. Bu betada olan yeniliklərlə sizləri tanış edəcəyik:
NİGHT SHİFT
Sutkanın vaxtından və Günəşin səmadakı mövqeyindən asılı olaraq cihazınızın rəng tempraturunu avtomatik dəyişən yeni funksiyadır. Artıq gecələr telefonunuzla vaxt keçirtmək gözlərinizə daha xoş olacaq.
NOTES
Artıq Notes proqramına girişi şifrə yaxud Touch ID ilə qoruya bilərsiniz. Notlarınızı əlifba sırası ilə, son dəyişmə yaxud yaradılma tarixinə görə sıralamaqda yeni funksiyalardan biridir.
NEWS
Artıq News proqramı sizə zövqünüzə uyğun müxtəlif xəbərlər təklif etməyi öyrənib. iPhone üçün versiya isə albom rejimini dəstəkləməyə başlayacaq.
HEALTH
Health proqramının interfeysi tamamilə dəyişib. Lazım olan servisi tez axtarmaq üçün axtarış bölməsi əlavə olunub.
CARPLAY
CarPlay servisinə Apple Music inteqrasiya olunub. Artıq sürücülər Apple Musicin milyonlarla mahnı bazasını asanlıqla dinləyə bilərlər
APPLE SCHOOL
Artıq hər kəs şagird Apple ID-ləri hazırlaya bilər, onları virtual siniflərə əlavə edə bilərlər. Və kompüterdə bu şagirdlərin iPad-dən nə üçün istifadə etdiklərini nəzərdən keçirtmək olar. Çox güman ki, bu servis ancaq ABŞ-da işləyəcək.
APPLE WATCH
Artıq bir smartfona bir neçə ağıllı saatı birləşdirmək olar. Bu funksiyadan istifadə etmək üçün saatlarınızı WatchOS 2.2 beta-ya yeniləmək lazımdır.