main-post-cover

    Çin şirkəti Apple-ı məhkəməyə verib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Çində "100+” adlı istehsalçı Apple şirkətini məhkəməyə verib. Bunun səbəbi kimi Çin istehsalçısı Apple-ın dizayn oğurluğu edərək çinlilərin dizayna olan patent hüquqlarını pozmasını göstərib. İstehsalçı bildirib ki, beləliklə Apple onlardan oğurlanmış dizayn hesabına milyardlarla məbləğdə gəlir əldə edir. Çinlilər tərəfindən stehsal olunan 100C adlı smartfon 2014-cü ilin aprel ayında təqdim olunmuşdur. Apple isə iPhone 6 modelini həmin ilin sentyabr ayında təqdim etmişdir. 100C ilə iPhone 6 arasında müəyyən dərəcədə oxşarlıq olsa da fərqlilik gözə çarpır. Təbii ki, istənilən müddət ərzində birinci yumurtanın yoxsa toyuğun yaranması haqqında mübahisə etmək olar. Hər-halda Çində indiyənə kimi bir çox şirkət iPhone-nun dizaynını kopyalayıb. Bu cür hallarda qanun Apple-ın tərəfində olmalıdır. Lakin sözügedən halda Pekinin intellektual əmlak üzrə məsələlər bürosu Apple-dan  Pekində iPhone 6 və iPhone 6 Pıus modellərinin satışlarının dayandırmağı tələb edib. Belə qərarın səbəbi kimi alıcının 100C ilə iPhone arasındakı fərqi görə bilməməsi göstərilib. Apple isə cavab olaraq məhkəməyə ərizə təqdim edərək büronun qərarının ləğv olunmasını tələb edib. Belə ki, smartfonlar arasındakı fərq gözə çarpacaq dərəcədə çoxdur. Məhkəmə bu işi qəbul edib və büroya ərizə göndərərək ona məhkəmədə iştirak etməsi barəsində dəvət göndərib. Əgər məhkəmə Çin istehsalçısının tərəfini saxlasa iPhone-nun satışlarına nəinki Pekində, hətdə Çinin digər şəhərlərindədə qadağa qoyula bilər. Vəziyyət çox maraqlıdır. Lakin bu heç də gülməli deyil. Çünki Çin şirkətləri ilə bu cür məsələlərdə razılaşmaq çox çətindir. Məlumatlara əsasən isə məhkəmə prosesinin bitməməsinə baxmayaraq Apple Pekində iPhone 6 və iPhone 6 Plus modellərinin satışlarını reallaşdırır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər