main-post-cover

    Huawei\'dən daha bir flaqman telefon modeli: Huawei P9 Plus

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Huawei Londonda keçirilən tədbirdə, daha bir flaqman telefon, Huawei P9 Plus modelini təqdim edib.
     
    Huawei'dən daha bir flaqman telefon modeli: Huawei P9 Plus


    İki arxa kamerası və göz oxşayan görünüşü ilə diqqət çəkən Huawei P9 Plus'u daha yaxından incələyək.
     
    Huawei'dən daha bir flaqman telefon modeli: Huawei P9 Plus


    Huawei P9 Plus'un texniki xüsusiyyətləri

    Ölçü: 152.3 x 75.3 x 6.98 mm
    Çəki: 162 gram
    Ekran: 5.5 düym, Press Touch, Full HD ekran, IPS LCD
    Prosessor: Dörd ədəd 2.5 GHz Cortex-A72 və dörd ədəd 1.8 GHz Cortex-A53 HiSilicon Kirin 955 prosessor
    Qrafik prosessor: Mali-T880 GPU
    RAM: 4 GB
    Yaddaş: 64 GB/128 GB
    Arxa kameralar: 12 Megapiksel + 12 Megapiksel Leica kamera texnologiyaya malik f/2.2, 27 mm, iki arxa kamera, iki LED fləş, OIS, lazer avtofokus
    Ön Kamera: Avtofokus funksiyaya malik 8 Megapiksel f/1.9
    Batareya: 3400mAh
    Əməliyyat Sistemi: Android 6.0 Marshmallow
    Şəbəkə: 802.11 a, b, g, n, ac, Bluetooth 4.2, NFC, USB Type-C

    Huawei P9 Plus'un xüsusiyyətləri

    5.5 düym böyüklüyündə Full HD dəqiqliyə malik ekran istifadə edilən Huawei P9 Plus, iki təzyiq səviyyəsini qəbul edən Press Touch ekranla təchiz olunub.
     
    Huawei'dən daha bir flaqman telefon modeli: Huawei P9 Plus


    2.5 GHz sürətə malik 4 ədəd Cortex-A72, 1.8 GHz sürətə malik Cortex-A53 nüvəli HiSilicon Kirin 955 prosessor və Mali-T880 MP4 qrafik prosessorlu Huawei P9 Plus, 4 GB RAM və 64 GB yaddaşla gəlir.

    12 Megapiksel dəqiqlikdə iki arxa kameraya malik olan Huawei P9 Plus, 8 Megapiksel dəqiqlikdə avtofokus funksiyalı ön kamera ilə də təchiz olunub.
     
    Huawei'dən daha bir flaqman telefon modeli: Huawei P9 Plus


    Leica ilə birlikdə istehsal etdikləri kamera, OIS, iki LED fləş və lazer avtofokus ilə gücləndirilib.

    Android 6.0 vasitəsilə işləyən EMUI 4.1 istifadəçi interfeysi istifadə edilən Huawei P9 Plus, 3400 mAh batareyaya malikdir. IC Rapic Charge adlı yeni texnologiya vasitəsilə 6 saatlıq danışıq vaxtını, 10 dəqiqəlik şarj ilə verə bilən Huawei P9 Plus, həm də USB Type-C istifadə edir.
     
    Huawei'dən daha bir flaqman telefon modeli: Huawei P9 Plus


    İki güclü kamera, incə və göz oxşayan dizayn, güclü prosessor, stereo dinamika, barmaq izi sensoru, USB Type-C və böyük batareya kimi əla xüsusiyyətlərə malik Huawei P9 Plus modeli 16 aprel tarixində satışa çıxarılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər