main-post-cover

    Google YouTube proqramı üçün geniş güncəlləmə yayımlayacaq!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Google, YouTube Android proqramı üçün geniş yenilənmə hazırlayır. Android Police saytının əldə etdiyi APK faylı Google’un bir sonrakı YouTube proqramına əlavə edəcəyi yenilikləri üzə çıxardı. İlk olaraq kiçik interfeys dəyişimlərindən danışa bilərik. Aşağıdakı şəkillərdən də göründüyü kimi əsas işarələrin ölçüsü kiçilib. Həmçinin Google tam ekran video izləmə işarəsini də yeniləyib. 
    1446446134_nexus2cee2015-10-31-23.53.41thumb.png
    1446446215_apresize.png
    Digər yenilik isə videoları irəli çəkmək özəlliyi olacaq. İstifadəçilər v10.43 versiyasına yüksələcək YouTube proqramı ilə videoları sürətlə irəli çəkə biləcək. İrəli-geri çəkmə özəlliyi istifadəçilərin uzun zamandır YouTube proqramında görmək istədiyi yenilik idi. Bu videoda isə həmin özəlliyin necə işləməsi izah olunub. 
    Yeniliklər təbii ki, bunlarla bitmir. Google YouTube'un yeni versiyasında "oynatma siyahısı" və "daha sonra oynat" bölmələrinin də üzərində işləyir. Bu bölmələrdə artıq qırmızı və ağ rənglərin hakim olduğunu görürük. Bütün bunlarla yanaşı Google yeni versiyada kiçik xətaların da həll olunmasına nail olacaq. Aşağıda verdiyimiz linklərdən isə YouTube’un v10.43 nömrəli versiyasını APK formatda yükləyə bilərsiniz.
     
    1446446984_1.jpg

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər