"Facebook Messenger"-də reklam yerləşdirmə dövrü başlayır
Sosial Media
07.05.2017
Farid Pardashunas
Messenger-də reklam yerləşdirmə dövrü başlayır.
"Facebook”un məşhur mesajlaşma tətbiqi "Messenger", bir müddət sonra tətbiq daxilində reklam yerləşdirmə prosessinə başlayacaq.
Bəs reklamlar Facebook Messenger–da necə görünəcək?
"Facebook”un "Messenger" tətbiqi, aylıq 1 milyarddan daha
çox istifadəçisi ilə olduqca böyük bir kütləyə xitab edir. Bu vəziyyəti dəyərləndirmək
istəyən "Facebook”, tətbiqin üzərində bəzi dəyişikliklər etməyə hazırlaşır. "Messenger Blog"da
paylaşılan məqalədə "Facebook” məhsul idarəçisi Edde Zhang, Messenger-də reklam
yerləşdirmənin necə bir uğur qazanacağını görmək üçün, Avstraliya və Tayland-da
kiçik bir test müddəti başlatdıqlarını açıqladı.
Test müddəti əhatəsində Avstraliya
və Tayland-da yaşayan istifadəçilər, qarşıdakı həftədən "Messenger" tətbiqinə
daxil olduqda müəyyən aralıqlar ilə reklamlarla qarşılaşacaqlar. "Messenger" tətbiqinin
ana ekranında, "sponsor" məzmunları başlığı altında görünəcək olan reklamlara
klik etdiyinizdə, əyər reklamı yerləşdirən ilə birbaşa əlaqə qurmaq imkanı
verilirsə, "Messenger"də qalmağa davam edəcəksiniz. Yuxarıda vurğuladığımız kimi "Messenger"in reklam yerləşdirmə tətbiqi hələlik test mərhələsindədir. Facebook,
test müddəti boyunca istifadəçilərdən gələn reaksiyalara və ya təkliflərə uyğun
olaraq dəyişikliklər edə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ