Facebook data mərkəzinin ilk fotoları paylaşılıb
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Facebook”un CEO-su Mark Zükerberq (Mark Zuckerberg) öz səhifəsində sosial şəbəkənin data mərkəzinin fotolarını paylaşıb.
Data mərkəzin binası İsveçdəki Lupeo şəhərində yerləşir. "Facebook”un data mərkəzi 6 futbol meydançası böyüklüyündə ərazini əhatə edir. Lupeo şəhərində hava temperaturu il ərzində 10
dərəcə civarında qaldığından data mərkəz cihazların soyudulması baxımından bir
xeyli qənaət edir. Data mərkəzdə yalnız çöldəki soyuq havanı isti serverlərə
ötürən böyük soyutma sistemindən (ventilyatorlar) istifadə olunur. Sistemlər
bir neçə hidroelektrostansiyalardan gələn enerjinin hesabına çalışırlar.
Sözügedən data mərkəz digərlərindən 10% daha effektiv olmaqla yanaşı həmdə 40%
daha az enerji sərf edir. Bundan əlavə olaraq data mərkəzdə istifadə edilməyən sərt disklər məhv edilir. Beləliklə məlumatların əlavə təhlükəsizliyi təmin
edilir. Data mərkəzin fotolarını sizlərə təqdim edirik.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ