Reklam
Elon Musk, insan beyni ilə kompüteri birləşdirəcək yeni startap yaratdı

Elon Musk, insan beyni ilə kompüteri birləşdirəcək yeni startap yaratdı

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

"Tesla” və "SpaceX” şirkətlərinin CEO-su Elon Musk, yeni layihəyhə start verib.

Belə ki, onun Neuralink adlı yeni startapı, insan beyni ilə kompüter arasında neyrointerfeyslərin yaradılmasında iştirak edəcək. Neuralink-in məşğul olacağı bu texnologiya, elmi-fantastik kitab və filmlərdən bizə tanışdır. Sözügedən texnologiya, insan beyninə elektron cihazın (böyük ehtimal ilə süni zəka) yerləşdirilməsini təmin edir. Beləliklə həmin cihaz, insanın koqnitiv imkanlarını daha üst səviyyəyə çıxardacaq. Məsələn beyindəki məlumatları kompüterə yükləmək və ya kompüterdən hansısa məlumatı, beyinə yenidən geri qaytarmaq. Lakin ilkin səviyyədə, sözügedən startap, epilepsiyadepressiya ilə mübarizə aparacaq xüsusi neyroimplantlar hazırlamaqla məşğul olacaq.

Qeyd etmək lazımdır ki, Neuralink, keçən ilin İyul ayında kaliforniyada qeydiyyatdan keçmişdi. Musk, yeni startapın idarə heyyətinə daxil ola bilər. Yeni startapın yaradılması məlumatını, amerikalı neyroalim Timothy Gardner təsdiq edib. Belə ki, o, bəzi mütəxəssis dostları ilə birlikdə yeni layihəyə qoşulub. Bir neçə müddət bundan öncə Elon Musk özü bu cür layihənin yaradılması haqqında planlarının olduğunu bildirmişdi. Bir çox yerlərdə çıxışları zamanı Elon Musk dəfələrlə bildirmişdi ki, süni zəka, insanı, koqnitiv imkanalara görə keçəcək. Bunun olmaması üçün isə beyin qabığı üçün nəzərdə tutulmuş xüsusi neyrointerfeys yaratmaq lazımdır ki, insan, süni zəkadan geri qalmasın.


 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×