Diqqət: WhatsApp məlumatlarınız artıq Facebook ilə paylaşılacaq!
Digər
07.05.2017
Farid Pardashunas
"Facebook" tərəfindən satın alınan WhatsApp, əsas şirkətinə məlumat verməyə başlayacaq.
Onsuz da
bir çox məlumatımızı "Facebook"a öz istəyimiz ilə veririk. Görünüşə görə reklam
üçün istifadə etdiyi bu məlumatlarımız Mark bəy üçün kifayət etməyib. Çünki
artıq WhatsApp, dəyişdirdiyi təhlükəsizlik qaydalarına görə sizin WhatsApp məlumatlarınızı
əsas şirkət olan "Facebook" ilə paylaşacaq.
"Technote.az”ın
"Webtekno”ya istinadən verdiyi xəbərə əsasən, WhatsApp profil şəkliniz, profil
adınız, telefon nömrəniz və statusunuz "Facebook" ilə paylaşılacaq. Hər hansı bir
mesaj məlumatının verilməyəcəyi də qaydalara əlavə edilib. Yəni WhatsApp
mesajlarınız "Facebook" ilə paylaşılmayacaq.
Təbii ki
bu, sizə daha yaxşı bir reklam təklif edə bilmək üçün edilmişdir (!). Ancaq, məlumatınıza
çatdıraq ki, artıq WhatsApp məlumatlarınız "Facebook" ilə də paylaşılacaq. Bu
halda əgər profil şəkliniz, telefon nömrəniz və s. kimi paylaşılmamasına diqqət
etdiyiniz detallar varsa, diqqətli olun.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ