Davosdakı çıxışında Jack Ma, kiçik sahibkarlar barədə maraqlı təklif irəli sürdü
Tech-Biznes
e-ticaret
07.05.2017
Farid Pardashunas
"Alibaba Group”un təsisçisi Jack Ma, Davosda keçirilmiş Ümumdünya İqtisadi Forumda çıxışı zamanı maraqlı təklif edib.
Belə ki, Jack, kiçik biznes və sahibkarlar üçün Ümumdünya
Ticarət Təşkilatının (WTO) analoqu ola biləcək Beynəlxalq Ticarət Platformasının (EWTP) yaradılmasını təklif edib. Onun fikrincə WTO maraqlı təşkilat
olsa da o ilk öncə inkişaf etmiş ölkələr və böyük şirkətlər üçün yaradılmışdır.
O bildirib ki, kiçik biznes bu birləşmədən heç bir fayda ala bilmir. "Cavan
insanları, kiçik sahibkarları dəstəkləmək üçün biz EWTP-nin yaradılmasını təklif
edirik. Beləliklə onlar smartfondan, internetdən istifadə edərək dövlət sərhədlərindən
asılı vəziyyətdə qalmayaraq məhsulları ala və ya sata bilərlər” – deyə Jack Ma
öz çıxışında bildirib. O bu təklifini onunla izah edir ki, WTO-ya daxil olan 200
ölkənin rəhbərliyi çətinki ortaq məxrəcə gələ bilsin. Onun fikrincə biznes,
kiçik sahibkarların vasitəsilə yaradılmalıdır. O inanır ki, EWTP, sahibkarlara,
lazım olanı müzakirə edib ortaq məxrəcə gələndən sonra dövlət dəstəyinin
alınmasına şərait yarada bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Bütün iPhone 16 smartfonlarının xarici görünüşləri bir fotoda sərgilənib
Dünyanın ən sürətli internetinə malik ölkələri bəlli olub!