Data əsaslı marketinq nədir? Harada və necə istifadə edilir?

Data əsaslı marketinq nədir? Harada və necə istifadə edilir?

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Rəqabətin şirkətlər arasında sürətlə artdığı bir mühitdə, müasir marketinq strategiyalarını başa düşərək, müştərilərin ehtiyaclarına və istəklərinə cavab verə bilmək şirkətlər üçün qaçınılmazdır. Başqa sözlə şirkətlər üçün müştəri məlumatı, stratejik rəqabətin ən vacib ünsürü halına gəlmişdir. Bu müştəri məlumatlarının dəyərinin artmasına və müştəri yönümlü marketinq anlayışının inkişaf etməsinə gətirib çıxarmışdır və bu səbəbdən şirkətlər, münasibətdə olduqları müştərilər haqqındakı hər hansı yararlı məlumatı əldə etməyə və saxlamağa çalışırlar. Şirkətlər sadəcə müştərinin adını və adresini saxlamaq deyil, bununla birlikdə müştərinin ailə üzvləri barədə əldə etdikləri məlumatları, müştərinin xüsusi maraq dairələrini və satınalma seçimlərini məlumat bazasında saxlamağa başlamışdırlar. Şirkətlər öz daxillərində məlumat bazaları yaradaraq əldə etdikləri məlumatları yadda saxlama və istifadə etmək üçün işlərə yönəlmişdirlər. Bu yönəliş ilə Data əsaslı marketinq qavramı meydana gəlmişdir.

Data əsaslı marketinqin, fərqli mənbələrdə fərqli izahlarını tapmaq mümkündür. Ümumi olaraq deyə bilərik ki, Data əsaslı marketinq, mövcud və potensial müştərilərə yönəlmiş, uzun müddətli birə-bir marketinq strategiyalarının istifadə edilməsinə imkan verən, sadiq müştərilər yaradaraq, daimi müştəri ehtiyatı yaradan, müştəri əsaslı marketinqdəki bir texnologiya vasitəsidir.


Bir başqa izahda isə deyilir ki, Data əsaslı marketinq, müştərilərin demoqrafik, sosial, iqtisadi və s. dataları ilə satın alma davranışlarına aid dataların müəyyən texnologiyalar ilə izlənməsi, analiz edilməsi və istifadə edilməsi nəticəsində əmələ gələn marketinq prosesidir.

Data əsaslı marketinqin ən çox yayılan izahlarından biri isə, "Müştərilərin məlumatları, gözləntiləri və narahatlıqları haqqında ətraflı və aktual məlumatların toplanaraq, kompüter mühitində bir məlumat bazası metodu ilə müştərilərə istiqamətlənmiş müəyyən bir məqsəd üçün, düzgün zamanda, düzgün formada, düzgün insana, düzgün mesajların çatdırılmasını təmin etməkdir. Əlavə olaraq, statistik təhlil modellərinin köməyi ilə ən dəyərli müştəriləri müəyyən etmək və bütün bunların nəticəsində gəlirləri artırmaq, əlavə maliyyə xərclərini azaltmaq və bu sistemə bir daimilik qazandırıb gəlirləri yüksələn bir xətt istiqamətində artırmaqdır". Bu izaha görə Data toplamanın məqsədlərini aşağıdakı kimi ayıra bilərik:

1) Müştərilər haqqında ətraflı məlumat toplamaq

2) Geniş məlumat bazası yaratmaq

3) Müştərilərə istiqamətlənmiş keyfiyyət inkişafına nail olmaq

4) Düzgün zamanda, düzgün şəkildə, düzgün insana, düzgün mesajı çatdırmaq

5) Ən dəyərli müştərini müəyyən etmək

6) Gəlirləri artırmaq

Data

Şirkətlərin müştəri məlumat bazalarından əldə edəcəkləri faydalar, məlumat bazası içində yer alan datanın növü və həcmi ilə birbaşa bağlıdır. Əlavə olaraq, datanın keyfiyyəti və çeşidi də müştəri sədaqətinə müsbət istiqamətdə təsir etməkdədir. Xüsusilə data əsaslı marketinqdə müştəriyə aid vacib, ad günü və evlilik il dönümü kimi tarixlərin bilinməsi və ya müştərinin həyat tərzi ilə bağlı məlumatların bilinməsi şirkət baxımından çox vacibdir. Sektordan sektora dəyişməklə birlikdə, ümumi olaraq müştərilərin aşağıdakı datalarının məlumat bazasında saxlanılması, data əsaslı marketinq üçün mütləqdir.

1) Kimlik məlumatları

2) Adres məlumatları

3) İqtisadi məlumatları

4) Həyat tərzi məlumatları

5) Satın alma məlumatları

Strategiya

Şirkətin düzgün və effektiv bir data əsaslı marketinq tətbiq edə bilməsi üçün, şirkətdə bu istiqamətdə müəyyən bir qavramın yaranması və buna istiqamətlənmiş strategiyaları təyin edilməsi lazımdır. Data əsaslı marketinq, satış sahəsindəki işçilərdən marketinq işçilərinə və idarəçilərə qədər şirkətdəki bir çox vəzifəliyə təsir etməkdədir. İşçilərin birlikdə və effektiv bir şəkildə işləyə bilməsi üçün data əsaslı strategiyaların düzgün seçilməsi lazımdır.

Şirkət daxili data əsaslı marketinq strategiyaları ilə yanaşı, datalardan əldə edilən məlumatlarla, hansı müştəriyə necə yaxınlaşmaq lazım olduğunu təyin etmək və bu məqsədlə strategiyalar əmələ gətirmək lazımdır.

Analiz vasitələri

Data əsaslı marketinqi effektiv istifadə edə bilmək üçün lazım olan bir digər xüsusiyyət isə data əsaslı analiz vasitələridir. Bunları üç kateqoriyada ayırmaq mümkündür: Hesabatlar, Riyazi modelləşdirmə və data mədənçiliyi

Hesabatlar

Hesabatlar, bir kompüter sistemindən məlumatı əldə etmək üçün istifadə edilən ənənəvi bir metoddur. Hesabatlar, xüsusi və periodik olaraq iki yerə ayrılmaqdadır. Periodik bir hesabat, aylıq və ya həftəlik bir proqrama görə hazırlanmaqdadır. İstifadəçilər, periodik hesabatları tələb etmədən müəyyən periodlarda avtomatik olaraq ala bilərlər. Xüsusi bir hesabat isə, xüsusi bir məlumat ehtiyacı olduğu zaman hazırlanan hesabatdır. Bir məlumat bazasına bir mövzu haqqında sual yönəltmək, xüsusi bir hesabat olaraq dəyərləndirilir.

Riyazi Modelləşdirmə

Hesabatlar keçmişdə nə edildiyini və indi nə edilməkdə olduğunu göstərməkdədir. Məlumat sistemləri istifadəçiləri və qərar verənlər, gələcəyi görmək istəyirlər. Gələcəyi görmək və ya gələcəyi təxmin etmək, riyazi modelləşdirmə ilə mümkündür. Riyazi modellər, keçmişdəki müşahidələr və dataların köməyi ilə reallaşdırıla bilməkdədir. İstifadəçilər əldəki dataları uyğun bir simulyasiya proqramında modelləyərək gələcəkdə ola biləcək nəticələri təxmin etməyə çalışırlar.

Data mədənçiliyi

Müştərinin gözləntiləri artmaqda və onları məmnun etmək çətinləşməkdədir. Müştərilərin alternativ məhsullar tapmaqları çox asandır və müştərinin şirkətə sədaqətini qoruyub saxlamaq buna görə çətinləşir. Eyni zamanda, şirkətlərin rəqabət və dinamik bazarda uğur üçün, gəlirli müştəriləri əldə saxlamaq ehtiyacı var. Nəticə olaraq şirkətlər müştəri istək və ehtiyaclarına ən sürətli şəkildə cavab verməyə və onları anlamağa çalışırlar.

Uğur əldə etmək üçün şirkətlər müştəri arzularını əvvəlcədən təxmin edə bilməlidirlər. Bir çox şirkət bu vəziyyəti başa düşür, müştəriləri və onların seçimləri haqqında məlumat toplayır. Şirkətlər fərqli proqramlarda müştəriləri, bazarları, məhsulları və metodları haqqında ətraflı məlumatlar toplayıb saxlayırlar. Data mədənçiliyi, bu məlumatları, yeni fürsətlər yaratmaq və şirkətin gələcək strategiyalarını təyin etməkdə köməkçi olmaq üçün istifadə edilir. Data mədənçiliyi, düzgün müştəri kütləsi seçməkdə, bənzər davranışlar və bənzər ehtiyacları olan müştəriləri kateqoriyalara ayırmaqda kömək edir.

Data əsaslı marketinq tətbiq edən hər hansı şirkətin bir data "anbarına” sahib olması mütləqdir. Bu data anbarlarının böyüklüyü şirkətin bu istiqamətdə xərclədiyi maddi ehtiyatları ilə düz mütənasibdir. Bəzi şirkətlərin data anbarları gigabyte olaraq ölçülərkən, bəzi şirkətlərdə isə terabyte (çox daha artıq) genişliyindədir. Toplanılan datalar məlumat bazalarında saxlanılır, məlumat bazaları isə anbarlarda saxlanılır. Datalar ayrılıqda dəyərsizdir. Bu datalar, müəyyən bir məqsədə görə istifadə edildiyində mənalı bir hala gəlməkdədir. Xammalı (ilkin məlumatı) dataya çevirmək işi data mədənçiliyi ilə edilməkdədir. Data mədənçiliyi, bu geniş məlumat anbarından yararlı məlumatları ala bilməkdir. Bu metod riyazi vasitələr ilə reallaşdırılır.

Sistematik model

Data əsaslı marketinqin inkişafı ilə birlikdə, "Data əsaslı marketinq”, kütləvi marketinq olmaqdan çıxıb, daha yaxşı hədəf kütlələrinə istiqamətlənmiş e-poçt, məlumat mərkəzi, internet kimi kanalları istifadə edən bir marketinq vasitəsi olmuşdur. Nəticə olaraq şirkətlərdəki "Data əsaslı marketinq” istifadəsi artmışdır. İstifadəsi artdıqca bu prosesin hər bir parçası daha da vacib xarakter daşımağa başlamışdır. Eyni anda birdən çox işi inkişaf etdirmək üçün texnologiyadan daha çox faydalanmaq lazımdır. Bu proseslər müddətində minimum insan müdaxiləsi olmalıdır. Burada məqsəd insan əməyini aradan çıxarmaq deyil onlara kömək olmaqdır. 

Data əsaslı marketinq strategiyaları

Bu sistem şirkətlərdə üç səbəbdən ötrü istifadə edilir. Bu səbəblər eyni zamanda hədəf kütlənin necə seçiləcəyinidə təyin etməkdədir. Bu səbəblər :

1) Mövcud müştərilərə istiqamətlənmiş marketinq fəaliyyəti (əldə saxlamaq strategiyası)

2) Yeni müştərilər qazanmaq üçün həyata keçirilən marketinq fəaliyyətləri

3) Eyni anda həm yeni həm də mövcud müştərilərə istiqamətləndirilmiş marketinq fəaliyyətləri


 

Bu strategiyalar barədə isə növbəti məqalələrimizdə ətraflı məlumat verəcəyik.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×