main-post-cover

    Bir Milyarder ən çox nəyə sevinər? Elon Musk-ın sevincdən "ağlını itirdiyi" Falcon 9 görüntüləri!

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Pula pul deməyən Elon Musk belə olsanız sizi uşaqlar kimi şən və həyəcandan ağlınızı itirəcək səviyyələrə gətirəcək vəziyyətlər ola bilər.

    Bizlər adətən istədiyimiz bir oyun, telefon ya da bir cihaz alındığında sevinər, hər imtahan və iş görüşlərində isə olduqca həyəcanlanarıq. Bəs, Elon Musk kimimulti milyarder olub öz şirkətləri olan, pul və həyat problemləri dərdi olmayan bir adam hansı mövzuda çox həyəcanlanar? Hansı mövzuda sevincdən "ağlını itirər”?

    Buna ən gözəl nümunəni isə National Geographic kanalının paylaşdığı Falcon 9 videolarında Elon Musk verir. Əlində Tesla, SpaceX, Hyperloop kimi şirkətlər və layihələrin olduğu milyarder Musk, Falcon 9 layihəsi ilə diqqət çəkmiş, ancaq ilk cəhdlərində uğursuz olmuşdur. Ancaq tam bir il sonra, yəni 21 Dekabr 2015-ci ildə Falcon 9 uğurlu eniş edərək kosmos və elm tarixində çığır açmağı bacarmışdı. 

    Cape Canaveral Hava Qüvvələri Stansiyasından qalxan Falcon 9, orbitə çıxaraq daşıdığı peyki uğurla orbitə buraxıb, daha sonra problemsiz olaraq dünyaya təkrar eniş edə bilmişdi. Elə bu hadisələri yerindən anbaan izləyən Elon Musk-ın yaşadığı həyəcan, qorxu və uğurlu olmasından sonra gələn dəli kimi sevincini paylaşan NatGeo, bizlərə bu videonu təqdim edərək fərqli bir təcrübəni nümayiş etdirir.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər