Başqa birinin başına sahib olmaq istərdiniz? Amma bu şəxs bunu edəcək!
07.05.2017
Farid Pardashunas
Ispaniyalı beyin cərrahı Sergio Canavero və çinli
beyin cərrahı Xiaoping Ren ilk baş nəqlini gerçəkləşdirməyə hazırlaşırlar. Bu
işdə könüllü isə Valeri Sipiridonov olacaq.
Atlantic
jurnalında yayımlanan, olduqca maraqlı hekayəyə sahib layihə, gerçəkləşməsi
halında dünyada bir ilk olacaq. Bir çox elm adamı sözügedən layihənin
mümkünsüz olduğunu iddia etsə də, əməliyyatda yer alacaq ispaniyalı Canavero nəticənin
90% uğurlu olacağını bildirib.
Əməliyyatın
2017-ci ildə baş tutması gözlənilir. Rus könüllü Valerinin həyatını itirməsi
halında cərrahiyyə heyətində yer alan bütün həkimlər cinayətlə
günahlandırılacaqlar. Baş nəqli uğurlu olsa, xəstənin yeni vəziyyətə
adaptasiya olması müəyyən qədər vaxt ala bilər. The Independent-də yer alan xəbərə
görə, ABŞ və Avropa ölkələri əməliyyata tamamilə qarşı çıxıblar. Ona görə də əməliyyatın
Çində olması gözlənilir. 10 milyon dollara başa gələcək əməliyyatda 80 beyin cərrahının
iştirakı gözlənilir. Nəticənin necə olması maraqla gözlənir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ