main-post-cover

    Az sonra baş tutacaq Apple konfransı üçün canlı yayım. (WWDC)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Apple bu ilin bombasını bu gecə partladacaq! iOS 10 gözlənilir. Təqdimatı buradan canlı izləyə bilərsiniz.
    WWDC 2016, keçən illərdə olduğu kimi, San Francisco, Kaliforniya’da olan Moscone West Konkress Mərkəzində təşkil olunacaq. Tədbir bir çox developerə ev sahibliyi edəcək. Tədbirdə bəhs ediləcək ən önəmli mövzu sözsüz ki, iOS 10 əməliyyat sistemi olacaq. Apple-ın ilk dəfə olaraq iPhone 7 və iPhone 7 Plus modellərinə yüklü halda təqdim edəcəyi iOS 10 bir çox yenilikləri bərabərində gətirir. Bunlara misal olaraq, Apple Music-də olacaq dəyişikliklər, Apple Pay yenilənməsi, App Store üçün yaxşılaşdırmalar, HomeKit-in inkişaf etdirilmiş versiyası, Siri və Apple News üçün yeni əlavə olacaq xüsusiyyətləri göstərmək olar.Apple bu dəfə telefonların tətbiqlər menyusunda stok tətbiqlərin gizlədilməsi üçün xüsusiyyəti platformaya daxil edəcək. Bundan əlavə Apple-ın keçən il iOS 9-da təqdim etdiyi News xüsusiyyətinə bu dəfə ödənişli abunəlik kimi funksiya əlavə edəcək. Apple News isə artıq bir çox ölkədə dəstəklənəcək.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər