"Audi"nin yeni texnologiyası sayəsində qırmızı işıqda gözləmək tarixə qovuşacaq
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Audi"nin Connect Prime adlı yeniliyi artıq bu model avtomobil sevərləri qırmızı işıqda dayanmaqdan azad edə bilər. Belə ki, şirkətin tətbiq etdiyi yenilik sayəsində bu modelin istifadəçiləri artıq işıqfor haqdakı xəbərləri öncədən ala biləcəklər.
"Audi"nin istifadəçilərə təqdim etməyə
hazırlaşdığı yeni texnologiya, şəhərin yol infrastrukturundan avtomobilə
siqnallar göndərəcək. 2017-ci ildə bəzi şəhərlərdə istifadəyə veriləcək infrastruktur-sistem ünsiyyət platforması sayəsində sürücülərin qırmızı işıqda daha az
vaxt sərf etmələrinə yardımçı olacaq. Şəhərdəki bütün işıqfor məlumatları, "Audi"nin
yeni texnologiyasını dəstəkləyən avtomobillərə göndəriləcək. Bunun yardımı ilə
işıqforda qırmızı işığın nə qədər vaxt müşahidə olunması, hansı ərazilərdə
hansı aralıqlarla yanması öz əksini tapacaq. Belə olduqda, sürücü öz sürətini
daha dəqiq müəyyənləşdirəcək, zamana və yanacağa qənaət etmiş olacaq. Bu yeni
sistemin gələcəkdə daha da təkmilləşməsi yol nəqliyyat hadisələrinin azalmasına
şərait yarada bilər. Yeni sistemin, ilk olaraq Audi-nin 2017 modellərinə, Q7, A4 və A4 allroad-da tətbiq olunması gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ