main-post-cover

    Artıq istifadəçilər PC vasitəsilə Telegram üzərindən Prisma-nı istifadə edə bilərlər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Məşhur fotoservis Prisma-nın yaradıcıları Telegram messengeri üçün maraqlı bot təqdim ediblər (botu bu linkdən yükləyə bilərsiniz). Həmin bot sayəsində fotoları Prisma-nı mobil cihaza yükləmədən editləmək mümkündür. Bot Telegram-ın həm mobil tətbiqində həmdəki web versiyasında aktivdir. İstifadəçi ilk öncə bot tərəfindən təqdim olunan effektlərdən birini seçir və fotosunu göndərir. Bot isə bir neçə saniyə ərzində editlənmiş fotonu istifadəçiyə geri göndərir. Hal-hazırda Telegram üçün tətbiq olunan bu funksiya beta-test rejimində olduğu üçün bot stabil işləməyə bilər. Lakin bu problemlərin aradan qaldırılması üzərində işlər artıq gedir. Qeyd edək ki, 11 İyun 2016-cı il tarixində təqdim olunmuş Prisma tətbiqi ilk öncə IOS platforması üçün aktiv idi. Lakin keçən həftədən başlayaraq məşhur fotoservis Android platforması üçün də aktiv olmuşdur. Bir neçə müddət bundan öncə isə Telegram-a IconAIBot adlı bot əlavə edilmişdir. Bu bot Prisma kimi fotoları editləmək funksiyasına sahibdir. Aradakı fərq isə IconAIBot-un bu işi daha sürətlə görməsidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər