Apple, iOS 10.3 Beta 2-ni paylaşdı!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Apple, iOS 10-un üçüncü böyük ara yenilənməsi olan iOS 10.3 üçün ikinci beta versiyasını paylaşdı. Bəs, iOS 10.3 Beta 2 nə kimi yeniliklər ilə birlikdə gəlir?
Son vaxtlarda iOS əməliyyat sistemi üçün yenilənmələri çox daha qısa aralıqlar
ilə paylaşmağa başlayan Apple, iOS 10.3 versiyası üçün test müddətini
keçdiyimiz günlərdə başlatmışdı.
Apple, aradan keçən təxmini iki həftəlik bir müddətin
ardından, iOS 10.3 beta 2 versiyasını paylaşmışdı.
iOS 10.3 Beta 2 nələr təklif edir?
730,5 MB həcmində olan iOS 10.3 Beta 2 yenilənməsiilə
bir əvvəlki beta versiyasında tapılan səhvlər düzəldilərkən, daha stabil əməliyyat
sistemi təcrübəsi üçün yaxşılaşdırmalar edilib.
Naqilsiz AirPods qulaqlıqlar itdiyində asanlıqla
tapmağınız üçün Find My Airpods xüsusiyyətini istifadəçilərə təqdim edəcək olan
iOS 10.3, Xəritə tətbiqinə qazandırılan 3D Touch xüsusiyyəti ilə hava vəziyyəti
məlumatını xəritədən görməyinizə şərait yaradacaq.
iOS 10.2-də meydana gələn səhvlərin düzəldildiyi və sistem
performansında əlavələrin edildiyi iOS 10.3, yenilənən mail tətbiqi ilə yaşanan
donma problemlərini ortadan qaldıracaq.
iOS 10.3 Beta 2 necə yüklənilir?
Developerlər üçün paylaşılan iOS 10.3 Beta 2 yenilənməsini
yükləyə bilməyiniz üçün, cihazınızın UDID qeydiyyatının olması lazımdır.
Apple-ın developer proqramına qeydiyyat olmusunuzsa,
birbaşa Tənzimləmələr>Ümumi>Proqram Təminatı Yenilənməsi bölməsindən iOS
10.3 Beta 2-ni yükləyə bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ