main-post-cover

    Android istifadəçiləri YouTube-dan daha rahat şəkildə istifadə edə biləcəklər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Google” hər zaman öz servis və tətbiqlərində olan dəyişikliklər haqqında məlumat vermir. Məsələn şirkət Android platformasında olan YouTube tətbiqi üçün əlavə edilmiş yeni özəllik haqqında xəbər verməyib.

    Yeni özəllik ondan ibarətdir ki, artıq Android smartfon istifadəçiləri YouTube tətbiqində səsli əmrlərdən istifadə edə biləcəklər. "Technote.az”ın "Anroidpolice.com” saytına istinadən verdiyi xəbərə əsasən istifadəçilər səsli əmrlərdən istifadə edərək videoları öz və ya kənar cihazlarda oynada , video axınını idarə edə, reklamları ötürə və s. edə biləcəklər. Bütün bunlardan istifadə etmək üçün isə "OK Google” deyərək lazımı səsli əmri söyləmək kifayət edəcək. Səsli əmrlər siyahısına aşağıdakılar daxildir.
    "Pause” – videonun dayandırılması
    "Play” – videonun oynadılması
    "Stop” – videonun tamamilə dayandırılması və yüklənmə prosesi
    "Minimize” – videonun ölçüsünün kiçilərək ekranın aşağı sağ küncündə yerləşməsi
    "Maximize” – videonun tam ekranda açılması
    "Exit”, "Close Play” – videonun bağlanması (bununla belə YouTube tətbiqi aktiv şəkildə qalacaq)
    "Play on…”, "Connect to…” – kənar cihaza (TV, konsol və s.) qoşulma və seçilmiş videonun oynadılması
    "Disconnect From” – kənar cihazdan ayrılma
    "Skip ads” – reklamın ötürülməsi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər