Amazon ev asistantı Echo-ya görə problemlə qarşılaşıb
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Amazon dünyanın tanınmış şirkətlərindən biridir. Amma bəzən şirkət başqa problemlərlə gündəmə gəlir. ABŞ-da yaşanan bir cinayət indi də Amazon haqda yeni iddiaların ortaya çıxmasına səbəb olub.
ABŞ-da törədilən cinayət hadisəsi
Amazon-nun yeni problemlərlə üz-üzə qalmasına səbəb olub. Belə ki, polis hadisəni
araşdırmaq üçün Amazondan kömək istəyib.
Sözü gedən cinayət hadisəsi ABŞ-ın Arizona ştatında baş verib. Polis
qadını öldürməkdə ittiham olunan sevgilisi haqda araşdırma aparır. İşin
Amazonla əlaqəli tərəfi isə qadının evində ağıllı ev asistantı Echo cihazından istifadə etməsidir.
Polis
bu cihazın evdə daim səsləri dinlədiyini və baş verən hadisəylə əlaqəli səs
yazmalarını Amazonun köməyilə əldə edə biləcəklərini iddia edir. Buna görə də
polis Amazondan cinayət anındakı səs qeydlərini tələb edir. Amma şirkət bununla
bağlı polisə kömək etməyəcəyini bildirib. Bu isə yeni iddiaların ortaya
çıxmasına səbəb olub.
Yeni iddialar Amazon Echo, Google Home, Apple Siri və Microsoft Contana kimi digital asistantların evlərdə və olduğu yerlərdə səslərin daima qeyd edildiyi fikrini ortaya çıxarır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ