main-post-cover

    Alışqan istifadəsinə 4 fərqli yanaşma

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Birşeyləri yandırmaq üçün istifadə etdiyimiz alışqanların əslində fərqli formalarda da istifadə edilə biləcəyini göstərən bir videoya rast gəldik. Və Technote komandası olaraq o videonu sizlərə çatdırmaq istəyirik.

    Alışqanları adətən çox sadə şeyləri etmək üçün istifadə edirik, qaz və ya siqaret yandırmaq kimi. MrGear adlı YouTube kanalı, bir alışqanla nələr edilə biləcəyi barədə izləyənləri düşündürəcək video hazırladı. 
    Dörd fərqli formada istifadə edildiyini gördüyümüz alışqanı əvvəlcə bir dezodorant ilə istifadə edən YouTuber, dezodorantı sanki bir alov maşınına çevirir. 
    İkinci hissədə alışqanlarda alovun yüksəkliyinin tənzimlənməsinə kömək edən hissəni yaxşıca açan YouTuber, alovun nəhəng ölçülərə qədər böyüməsini təmin edir. 
    Üçüncü hissədə yenə alışqandan çıxan bir parçanı alışqanın içindəki telin ucuna ilişdirdikdən sonra yandıran YouTuber, alov alan parçanı sehirli bir dəyənək istifadə edər kimi istifadə etməyə başlayır.
    Son olaraq -bəlkə də ən yararlı qismi- qazı bitən alışqanın təkrar necə istifadə edilə biləcəyi barədə bir üsul göstərən YouTube kanalı, alışqandakı çaxmaq daşından çıxan parçaları bir araya toplayıb, eyni çaxmaq daşından istifadə edərək alov almasını təmin edir. Xüsusilə səyahət zamanı və ya kamp halında ikən çox işə yarayacağını düşünürük. 
    Bu maraqlı məlumatlarla dolu videonu aşağıdan izləyə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər